Layihə menecerin köməkçisi (Texnik)

  • A+A Security
  • Elanın qoyulma tarixi: 04.02.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Layihə menecerin köməkçisi (Texnik)

Vəzifə öhdəlikləri:

1. Yerində servis göstərilən zaman quraşdırıcılara telefonla dəstək göstərməlidir, servisin düzgün aparılması üçün quraşdırıcıları istiqamətləndirməlidir.
2. Texniki servisin bazada qeydiyyatını aparmalıdır, servisin göstərilməsinin düzgünlüyü dəyərləndirməlidir.
3. Proqram Təminatının çatışmazlıqlarının aradan qaldırılması üçün Proqram Təminatı istehsalçısı ilə iş aparmalıdır.
4. Avadanlığın mikroproqram təminatının səhvlərini düzəltməlidir. Avadanlıqları havadan (OTA) proqramlamalıdır. Mikroproqram təminatının istehsal çatışmazlıqlarının aradan qaldırılması üçün Avadanlıq istehsalçısı ilə iş aparmalıdır.
5. Rəqəmsal xəritədə səhvlərin qeydiyyatını aparmalıdır. Müştərilərin xəritə ilə bağlı istəklərinin qeydiyyatını aparmalıdır. GİS provayderə bu məlumatları ötürməlidir və icrasına nəzarət etməlidir.

Namizədə olan tələblər:

Ali texniki təhsil.
Azərbaycan,rus - əla, İngilis dili (yaxşı)
MS Office proqramlarında işləyə bilmək bacarığı
Yaş 23-30

İş təcrübəsi vacibdir
İş qrafiki 09:00-18:00

CV-ləri “Texnik” mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Yalnız müsabiqəyə dəvət olunan şəxslərlə əlaqə saxlanılacaq. Telefonla zəng etməməyiniz xahiş olunur.