Help Desk - Texniki dəstək şöbəsinin mütəxəssisi/kiçik mütəxəssisi

İşin təsviri

Bank “BTB” ASC işə qəbul elan edir.

Vakansiya: Help Desk - Texniki dəstək şöbəsinin mütəxəssisi/kiçik mütəxəssisi (namizədin təcrübəsinə əsasən)

Əmək haqqı: 500-700 AZN

Namizədə tələblər:

• Müvafiq sahədə ali təhsil (İnformasiya texnologiyaları, kibernetika, kompüter mühəndisliyi və s.)
• Yaş həddi: 20 – 27
• Azərbaycan dili səlis, rus və ya ingilis dili texniki səviyyədə
• Kompüter və periferiya avadanlıqlarilə (printer, skayner və s.) işləmə bacarığı
• Şəbəkənin və serverlərin əsaslarına dair minimal nəzəri və praktik biliklər
• “Help desk” dəstəyin təmin olunması üzrə təlim və ya təcrübənin olması (üstünlük verilir)
• Məsuliyyətlilik, dəqiqlik, operativlik və problem həll etmə bacarığı

İş barədə məlumat:

• İstifadəçi kompüteri, proqram təminatı və periferik avadanlıqların quraşdırırlması və yönləndirilməsi
• İT departamentinə texniki problemlərlə bağlı daxil olan zəng və müraciətlərin qəbul olunması, ehtiyac olan dəstəyin göstərilməsi
• İstifadəçi kompüterlərində və ya periferik qurğularda yaranmış proqram və avadanlıq səviyyəli nasazlıqların aradan qaldırılması
• Serverlərdə və kompüter şəbəkələrində yaranmış nasazlıqların aradan qaldırılması
 
QEYD: Tələblərə cavab verən namizədlər öz şəkilli CV-lərini 28 Fevral, 2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

CV göndərərkən məktubun mövzu hissəsində “Help Desk” yazmanız xahiş olunur.

Email: [email protected]

Tel: (012) 499 79 95