Keyfiyyətin Təminati/Keyfiyyətə Nəzarət Meneceri

İşin təsviri

GAS Azərbaycan Filialının KT/KN Meneceri

GAS – Bakı, Azərbaycan,

İş arayış No: JOB.GAS-AZ-001-2015

İşin Təsviri

BU VƏZİFƏYƏ NAMİZƏDLİYİNİZİ İRƏLİ SÜRMƏK ÜÇÜN SİZDƏN KEYFİYYƏTİN TƏMİNATI ( KT) VƏ KEYFİYYƏTƏ NƏZARƏT (KT) ÜZRƏ GENİŞ TƏCRÜBƏNİN OLMASI TƏLƏB OLUNUR.

VƏZİFƏNİN MƏQSƏDİ:

Bakıdakı GAS Filialının KT/KN Meneceri prosedurlar və Keyfiyyət standartlarının müəyyən edilərək, təsbit edilməsi və filialın fəaliyyətləri üçün bunların izlənilməsi məqsədilə Şirkətin Keyfiyyətin Təminatı Rəhbərliyi ilə əməkdaşlıq edir.

Mühüm Məsuliyyət Sahələri

• Filialın keyfiyyət prosedur, standart və/ya spesifikasiyalarının müəyyən edilməsi, danışıqlar aparılması və razılaşdırılması;
• Sifarişçi tələblərinin qiymətləndirilməsi və bunların yerinə yetirildiyinin təmin edilməsi;
• Sifarişçi üçün xidmət standartlarının qurulması;
• Tədarükçülərlə xammalın keyfiyyət tələblərinin müəyyən edilməsi;
• Filialın keyfiyyət/sağlamlıq və təhlükəsizliyinə dair standartların tədqiq edilməsi və qurulması;
• Filial xidmətlərinin həm milli və həm də beynəlxalq səviyyələrdə standartlara uyğunluğunun təmin edilməsi;
• Prosedur, standart və sistemlərin təsbit edilməsi üçün Əməliyyat Şöbəsi ilə birgə iş;
• İdarəetmə/texniki hesabatları və sifarişçi nizamnamələrinin yazılması;
• Təlim ehtiyaclarının müəyyən edilməsi;
• Filial daxilində iş icrası/keyfiyyətdə dəyişiklik və yaxşılaşdırma üçün katalizator rolu;
• Xidmətin gerçəkləşdirilməsi ilə bağlı monitorinq və audit fəaliyyətlərinin həyata keçirilməsi
• Texniki və ya laboratoriya heyətinə nəzarət.

Arzuedilən Bacarıq və Təcrübə

Əsas Davranışlar

• Əminlik
• Mükəmməl texniki bacarıqlar;
• Təşkilatı bacarıqlar;
• Planlaşdırma bacarıqları;
• Fərdlərarası bacarıqlar;
• Ünsiyyət bacarıqları;
• Problem həlli bacarıqları;
• Komandada iş bacarıqları;
• İT bacarıqları;

Peşə hazırlıqları/Nümayiş etdirilə bilən təcrübə

• Azərbaycan Vətəndaşlığı;
• Tanınmış Beynəlxalq Şirkətdə KT/KN Şöbəsində ən azı 3 illik iş təcrübəsi
• KİS (Keyfiyyəti İdarəetmə Sistemi) sahəsində Sertifikatlı Təlim Kursu
• Universitet məzunu, dəqiq elmlər sahəsində olmasına üstünlük verilir
• İngilis dilində tam peşəkar yazılı və nitq bacarıqları
• Müqavilələrin məzmununu oxuya və anlaya bilmək bacarığı
• Texniki Prosedurları yazma səriştəsi
• Kompüter vərdişləri: Office proqramlar paketi (o cümlədən Microsoft Project) ,Autocad paketi

Namizədlərin sayı çox olduğuna görə biz yalnız müvəffəqiyyətli namizədlərin müraciətlərini cavablandıra bilərik. Növbəti 3 həftə ərzində bizdən heç bir cavabın alınmayacağı təqdirdə, müraciətinizin müvəffəqiyyət qazanmaması demək olacaqdır. 

Öz CV-nizi [email protected] elektron ünvanına məktubun mövzu hissəsində GAS-AZ-001-2015 yazısına istinad etməyiniz xahiş olunur

GAS Azerbaijan Branch tərəfindən digər vakansiyalar