Memar-dizayner

İşin təsviri

Gəmiqaya Holdinq “Bakı Mərkəzi” MMC

Vəzifənin adı: Memar-dizayner

İş yeri: Bakı, Azərbaycan

Yaşı və cinsi: 25-35, xanım və bəylər

Əsas vəzifə öhdəlikləri:

1. Özəl olaraq interyer-dizayn sahəsində ən az 7 (yeddi) il iş təcrübəsi olan xanım və bəylər;
2. Mebel, mətbəx və dizayn sahəsində ən az 5 (beş) il təcrübəsi olan, özünə güvənən, ofis proqramlarını bilən, düzgün xanım və bəylər;
3. Traverten,mərmər,daş sahəsində ən az 5 (beş) il iş təcrübəsi olan xanım və bəylər;

İş barədə məlumat

- Mebellərin hazırlanması üçün sifarişin qəbulu, interyerin yığılması, memarlığa aid layihələri işləmək;
- Sifariş edilən mebellərin və daş mozaikalarının dizaynının verilməsi və interyerdə istifadə edilməsi, çöl fasadının  üzlənməsi;
- Eskizlərin 3D formatda müştərilərə təqdimatı;
- Əmək haqqı işçinin biliyinə və bacarığına əsasən dəyişə bilər.

Namizədə tələblər

- 3D max, V-Ray, CorelDraw, Photoshop, AutoCad işləməyi bacarmalı;
- Archicad proqramını bilməsi arzuolunandır;
- Ali təhsilli;
- Göstərilən sahədə ən az 7 il iş stajı olmalı;
- İnsanlarla ünsiyyətində mehriban və gülərüz olmalı;
- Məsuliyyətli, işgüzar, ünsiyyətcil və yaradıcı düşünmə qabiliyyəti olmalı;
- İşini vaxtında və yüksək keyfiyyətlə tərtib etməli;
- Komandada işləmək bacarığı.
- Daş və mebel sahəsində iş stajı olanlara üstünlük veriləcək.

Təcrübəsi olmayanların müraciət etməməsi xahiş olunur.

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını (foto şəkil ilə)  [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Memar-dizaynerlər isə tərcümeyi-halla birgə öz proyektlərindən nümunə olaraq göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Əlaqə nömrəsi: 055 505 00 71, 012 565 55 54, Günay x.

Gəmiqaya Holdinq Bakı Mərkəzi MMC tərəfindən digər vakansiyalar