İnşaat mühendisi

İşin təsviri

Safran County Bilgah" İnşaat mühendisi" vəzifəsinə vakansiya elan edır.

Əsas vəzifə öhdəlikləri:

- Təyin edilmiş obyektdə tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə, istehsalat planına və normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin edir;
- Materialların, konstruksiyaların və məlumatların qəbul olunmasını təşkil edir və onların anbarda yerləşdirilməsini, qeydə alınması və aparılmasını təşkil edir Forma 2 tutulması;
- Obyektdə işləyən işçi briqadaları və onların tərkibinə daxil olmayan dəstə və ayrı-ayrı işçiləri təyin edir, onların istehsalat tapşırıqlarını müəyyənləşdirir və tapşırır, onlara iş təlimatı keçir;
- Tikinti işlərinin istehsalı üçün işçilər tərəfindən texnoloji əməliyyatlarının aparılması zamanı təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət etmək;
- Vəzifə təlimatında göstərilmiş digər öhdəlikləri yerinə yetirir.

Tələblər:

– Müvafiq sahədə ali təhsil;
- Azərbaycan və  rus  dillərini yazılı və şifahi surətdə əla bilmək;
- Müvafiq sahədə iş təcrübəsi 5 ildən az olmamaq şərtilə;
- Tikinti sahəsində qabaqçıl təcrübə və müasir metodlardan istifadə etmək bacarığı;
- İş üçün müvafiq kompüter proqramlarını bilmək (Word, Excel, AutoCAD);
- Tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri və həmcinin tikinti istehsalının texnologiya və təşkilini və sahədə işin planlaşdırılması prinsiplərini bilmək;
- Tikinti-quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki reqlamentlər, tikinti norma və qaydalarını və texniki şərtləri bilmək.

İş qrafiki: 09:00-18:00 (həftenin 6 günü)
Şirkət hesabına nahar

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected]  elektron ünvanına göndərə  bilərlər.

Zəhmət olmasa elektron məktubu göndərərkən məzmunda "İnşaat mühendisi" vəzifəsini geyd edin.