Biznesin İnkişafı üzrə Junior Mütəxəssis / Təcrübəçi

İşin təsviri

Vəzifələr

  • Tikinti və sənaye sahəsində yeni B2B müştəriləri, layihələri və tenderləri araşdırmaq
  • Tərəfdaşlıq və distribusiya imkanları üçün prezentasiyalar, təkliflər və case study-lər hazırlamaq
  • CRM və dashboard-ları məlumatlarla yeniləmək
  • Satış və marketinq komandası ilə birgə hədəfli böyümə kampaniyaları qurmaq
  • Follow-up və nəticələri izləmək, həftəlik hesabatlar hazırlamaq
  • Biznes inkişafı, marketinq və strategiyanın necə işlədiyini praktik olaraq öyrənmək

Səndən Gözlədiklərimiz

  • Maraqlı, sistemli və təşəbbüskar biri olmağın
  • Güclü araşdırma və ünsiyyət bacarıqları (AZ və EN dillərində)
  • Nizamlı və təşkilatçılıq bacarıqların — Excel sənə yad deyil
  • Rəqəmsal alətlərlə rahat işləyə bilməyin (Odoo-CRM, Google Workspace, LinkedIn)
  • Böyüməyə və öyrənməyə motivasiya ilə yanaşmağın

Sənə Nə Təklif Edirik

  • Təcrübəli rəhbərlərdən birbaşa mentorluq
  • Aydın inkişaf və karyera planı
  • Real layihələrdə, müştəri görüşlərində və strateji müzakirələrdə iştirak
  • Təcrübə ödənişi və ya əmək haqqı + performansa əsaslı bonus sistemi
  • Azərbaycanın inşaat sektorunu modernləşdirən komanda ilə təcrübə imkanı

Niyə Bizimlə

  • Biz sadəcə məhsul satmırıq — müasir inşaat həlləri təqdim edirik.
  • Əgər sən öyrənməyi, araşdırmağı və real nəticələr yaratmağı sevən birisənsə — bura sənin böyümə yerindir.

Vəzifə adı, əmək haqqı və məsuliyyətlər sənin təcrübən və potensialına uyğun olaraq müəyyən olunacaq.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.