Kadrlar üzrə mütəxəssis

  • Baku Bus
  • Elanın qoyulma tarixi: 08.01.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 aprel  2014-cü il tarixli 92 nömrəli Qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyət yaradılmışdir.Cəmiyyətin yaradılmasında əsas məqsəd Bakı şəhərində sərnişinlər üçün avtobus nəqliyyat sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkil edilməsi və sərnişinlərin daşınmasında avtobus nəqliyyat sisteminin təkmilləşdirilməsi və şəhər mərkəzində nəqliyyatın hərəkətinin optimallaşdırılmasıdır.

“BakuBus”Məhdud Məsuliyyətli Cəmiyyəti aşağıda qeyd edilmiş vakant iş yeri üçün işçi qəbulu elan edir.

Vəzifə: Kadrlar  üzrə mütəxəssis

Tələblər:

• Ali
• KişiQadın
• 27-45  yaşında
• Azərbaycan dili (mükəmməl səviyyəsi yazılı və şifahi), İngilis  dili(orta səviyyədə bilik)
• Kadrlar sahəsində minimum 5 il təcrübəsi
• Ofis və kompüter avadanlığı ilə işləmək bacarığı
• Ünsiyyət və təqdimat  bacarıqları
• İşində dəqiq və məsuliyyətli  olmaq
• Komanda  ilə işləmək bacarığı

Vəzifə öhdəlikləri:

• Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə,Direktorunun əmrlərinə uyğun işçilərin qəbulu, başqa vəzifəyə keçirilməsi, işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi;
• İşçilərin şəxsi işlərinin hazırlanması və lazımi sənədlərin toplanması;
• Əmək kitabçalarının əmrlər əsasında doldurulması və qeydiyyatı;
• Işçilərə cari əmək fəaliyyətləri haqqında arayışların verilməsi;
• Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
• Xəstəlik vərəqələrinin doldurulması və qeydiyyatı;
• Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi;
• Elektron və yazılı Əmək müqavilələrinin tərtib olunması və qeydiyyatı
• Əmrlərin yazılması (məzuniyyət, ezamiyyət, əvəzçilik, işə qəbul, işdən çıxma və s.) ;
• İşçi heyətinin müqavilələrinin, əlavə razılaşmalarının, əmrlərinin, bildiriş məktublarının və s.;
• Yeni əmək kitabçalarının verilməsi , doldurulması və qeydiyyatı
• İşdən çıxan işçilərin şəxsi işlərinin Azərbaycan Respublikasının Qanunvericiyinə uyğun olaraq arxivləşdirmək;

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV-nizi(anketlərinizi)  elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilərsiniz [email protected]