Satış Meneceri (Dental Implantlar)

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Stomatoloqlar və klinikalarla əlaqələrin qurulması və idarə olunması
  • Şirkətin təqdim etdiyi məhsullar haqqında peşəkar məlumatların təqdim edilməsi
  • Müştəri ziyarətləri, təqdimatlar və məhsul tanıtımları həyata keçirmək
  • Satış planının yerinə yetirilməsi və aylıq hədəflərin qorunması
  • Mövcud müştəri bazasının saxlanılması və yeni potensial müştərilərin cəlb edilməsi
  • Bazarın monitorinqi və rəqiblər haqqında məlumatların toplanması
  • Tədbirlərdə, konqreslərdə və sərgilərdə şirkəti təmsil etmək

Tələblər:

  • Ali təhsil (tibbi, stomatoloji və ya marketinq sahəsində olması üstünlükdür)
  • Satış sahəsində minimum 1–2 il təcrübə (stomatoloji və ya tibbi məhsullar üzrə təcrübə üstünlükdür)
  • Yüksək kommunikasiya və təqdimat bacarığı
  • Komanda ilə işləmək və müstəqil qərar vermə bacarığı
  • Aktiv sürücülük bacarığı və şəxsi avtomobilin olması arzuolunandır
  • Azərbaycan dili səlis, rus və ingilis dilləri bilikləri üstünlükdür

Biz təklif edirik:

  • Rəsmi əmək haqqı
  • Sabit əmək haqqı + satışdan bonus sistemi
  • Peşəkar inkişaf və təlim imkanları (yerli və beynəlxalq təlimlər)
  • Müasir iş mühiti və dəstəkləyici komanda

Müraciət üçün:
CV-ni
Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına “Satış Meneceri başlığı ilə göndərin.