Şəbəkə Administratoru

  • FINCA Azerbaijan
  • Elanın qoyulma tarixi: 04.01.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş Elanı №006/15
 
FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Baş Ofisi üçün ŞƏBƏKƏ ADMİNİSTRATORU vəzifəsinə işçi axtarışı elan edir.
“FINCA Azerbaijan” Azərbaycan üzrə 150,000 nəfərdən çox müştərisi olan və sürətlə inkişaf edən bir mikromaliyyə təşkilatıdır. 
Şəbəkə Administratoru IT Menecerin rəhbərliyi altında mərkəzi kompüter şəbəkəsini qurur, dəstəkləyir, konfiqurasiya edir və qiymətləndirir, işçi şəbəkəsinə dəstək verir.

Əsas funksiyalar:

• Apparat/proqram təminatı (sviçlər, şəbəkə yönləndiciləri, qoruyucu sistem, VPN birləşdiriciləri, DHCP, və s.), təlim və xüsusi layihələr də daxil olmaqla kompüter şəbəkəsinin əməliyyatına nəzarət edir; 
• LAN (yerli ərazi şəbəkəsi) və WAN (geniş ərazi şəbəkəsi) sistemləri üçün məlumat qovşağına  birləşməni planlaşdırır, tərtib edir və həyata keçirir;
• Cari şəbəkə təminatı, nasazlıqların aradan qaldırılması, qəza vəziyyətinin bərpası və s. işlər görür;
• Mövcud korporativ şəbəkəni genişləndirmək şərti ilə telekommunikasiya server tədarükçüləri ilə əməkdaşlıq edir.
 
Tələblər:

• Ali təhsil;
• Şəbəkə sahəsində minimum 2 illik iş təcrübəsi;
• TCP/IP, IP Sec, VPN, DNS, DHCP sahəsində dərin biliyə malik olmaq;
• CISCO Sistemləri avadanlığının konfiqurasiya edilməsi, nəzarət və idarəsi sahəsində təcrübəyə malik olmaq;
• Şəbəkə təhlükəsizliyi və audit; şəbəkə memarlığı, konfiqurasiya və performansın idarə olunması sahəsində təcrübə;
• Ən az bir Cisco sertifikatı;
• Azərbaycan və İngilis dillərini səlis bilmək.

“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 05 Fevral 2015-ci il tarixindən gec olmamaq şərtilə əsli [email protected] , elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№006/15) qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:
Ünvan: Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə.   Tel: (012) 596 33 858687

“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.

İşəgötürənin reytinqi