İşin təsviri
                
                
                                
                Vəzifə öhdəlikləri:
	- Şirkətin gündəlik əməliyyat proseslərini sistemləşdirmək və idarəsini həyata keçirmək;
 
	- Həyata keçirilən tədbir, master-class və yaradıcılıq layihələrinin təşkili prosesində dəstək göstərmək;
 
	- Komanda üzvləri və tərəfdaşlarla qarşılıqlı əməkdaşlığı təmin etmək;
 
	- Büdcə və resurs planlamasını həyata keçirmək və nəzarət etmək;
 
	- Komanda ruhunu qorumaq, motivasiyaedici yaradıcı mühitin formalaşdırılmasında dəstək olmaq;
 
	- Təsisçiyə proseslərin təşkili prosesində dəstək göstərmək, strateji qərarların həyata keçirilməsi üzrə töhfə vermək;
 
	- Tapşırıqların vaxtında və keyfiyyətli icrasını təmin etmək;
 
Tələblər:
	- İncəsənət sahəsində ali təhsil arzuolunandır;
 
	- Tədbir təşkilatçılığı, əməliyyat idarəçiliyi, layihə menecmenti üzrə təcrübəyə sahib olmaq;
 
	- Sərbəst şifahi və yazılı ünsiyyət bacarığı;
 
	- Sənət, dizayn və estetikaya maraq göstərmək;
 
	- Çeviklik, detallara diqqətli yanaşma, təşəbbüskarlıq;
 
	- Analitik və sistemli düşüncə qabiliyyəti;
 
Namizədə təqdim olunan üstünlüklər:
	- Özünü ifadə etmək və inkişaf etmək üçün yaradıcı iş mühiti;
 
	- Maraqlı incəsənət layihələrində və tədbirlərdə iştirak imkanı;
 
	- Beynəlxalq əməkdaşlıqlarda yer almaq perspektivi;
 
	- Rəqabətədavamlı əməkhaqqı (müsahibə əsasında müəyyən olunur);
 
Müraciətlərinizi mövzu hissəsində “Layihə meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına yönləndirə bilərsiniz.