İşin təsviri
Vəzifə öhdəlikləri:
- “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununu, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını və bu standartlara əsasən mühasibat uçotunun aparılması qaydalarını bilməli;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin etmək;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin icra edilməsinə nəzarət sisteminin qurulması;
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;
- Debitor və kreditor borcların uçotunun aparılması;
- Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
- Əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanması;
- Gəlir və xərclərin uçotunun aparılması;
Tələblər:
- Təhsil pilləsi: Bakalavr
- Müvafiq sahədə 2 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan dili (Rus və İngilis dili arzu olunandır)
- Kompüter bilikləri: Peşəkar səviyyədə Microsoft office proqramları (xüsusilə Excel) və 1C 8.3.
- Detallara diqqət;
- Komandada işləmək bacarığı;
- Analitik düşünmə bacarığı.
- Problem həll etmə bacarıqları;
İş şəraiti:
- 5 günlük iş həftəsi, 09:00-18:00 (Şənbə və Bazar günü istirahət);
- Əmək haqqı bilik və bacarığa əsasən təyin ediləcək (600-800);
- Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Böyük şor küçəsi 2A
- Nahar şirkət tərəfindən təmin olunur
- Rəsmi qeydiyyat.
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.