Tikinti briqadasında nəzarətçi

  • DIA Holding
  • Elanın qoyulma tarixi: 14.12.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkətimizin 2015-ci ildə həyata keçirilməsi nəzərdə tutulan yeni layihələrinə işləmək üçün tələb olunur:

Tikinti briqadasında nəzarətçi

İş barədə məlumat:

- Tikintidə işləyən usta və fəhlələrin işi vaxtında, yüksək keyfiyyətlə yerinə yetirmələrinə nəzarət edilməsi;
- İşçilər tərəfindən texniki təhlükəsizlik qaydalarına riayət edilməsinə nəzarət edilməsi;
- Fəhlə və ustaların arasında müvafiq iş bölgüsünün aparılması, ona tapşırılan sahədə işin ahəngdarlığının təmin edilməsi;
- Layihənin müvafiq texniki sənədlərinin hazırlanması;
- Rəhbərliyin tapşırıq və göstərişlərinin yerinə yetirilməsi, mütəmadi olaraq rəhbərliyə hesabatlar hazırlanıb təqdim edilməsi;
- Müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi;
- Əmək müqaviləsi üzrə vəzifə öhdəliklərinin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
- Yemək firmamız tərəfindən təmin olunur;
- Əmək haqqı namizədin bilik və bacarığına uyğun olaraq dəyişir.

Namizədə tələblər:

- Müvafiq sahədə orta ixtisas təhsili;
- Tikinti sahəsində ən azı 3 il iş təcrübəsi;
- Diqqətli,çevik və məsuliyyətli olmaq;
- Kollektivdə işləmək bacarığı;

Qeyd olunan tələblərə uyğun olan namizədlər öz CV formalarını [email protected]  ünvanına göndərə bilər.(məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir)