İnşaat Mühəndisi

  • DIA Holding
  • Elanın qoyulma tarixi: 14.12.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkətimizin 2015-ci ildə həyata keçirilməsi nəzərdə tutulan yeni layihələrinə işləmək üçün tələb olunur:

İnşaat Mühəndisi

İş barədə məlumat:

- İşlərin planlaşdırılması və müvafiq tikinti planının hazırlanması;
- Mühəndis-kommunikasiya sahəsində çertyojların çəkilməsi;
- Tikintidə istifadə olunacaq tikinti materiallarının və görüləcək işlərin keyfiyyətinə nəzarət edilməsi;
- Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişatının monitorinqi;
- Layihədə iştirak edən subpodratçılarla əlaqə saxlanması və onların işinin istiqamətləndirilməsi;
- İşlərin keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi;
- Rəhbərliyin tapşırıq və göstərişlərinin yerinə yetirilməsi, mütəmadi olaraq rəhbərliyə hesabatlar hazırlanıb təqdim edilməsi;
- Müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi;
- Əmək müqaviləsi üzrə vəzifə öhdəliklərinin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
- Yemək firmamız tərəfindən təmin olunur;
- Əmək haqqı namizədin bilik və bacarığına uyğun olaraq dəyişir.

Namizədə tələblər:

- İnşaat mühəndisliyi üzrə ali təhsil;
- Tikinti sahəsində ən azı 3 il iş təcrübəsi;
- Müvafiq kompüter proqramlarını bilmək (AutoCAD, Microsoft Office və s.) ;
- Diqqətli,çevik və məsuliyyətli olmaq;
- Kollektivdə işləmək bacarığı;
- Xarici dili bilənlərə üstünlük veriləcək.

Qeyd olunan tələblərə uyğun olan namizədlər öz CV formalarını [email protected]  ünvanına göndərə bilər.(məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir)