Şirkətimizin 2015-ci ildə həyata keçirilməsi nəzərdə tutulan yeni layihələrinə işləmək üçün tələb olunur:
İnşaat Texniki
İş barədə məlumat:
- Layihənin müvafiq texniki sənədlərinin hazırlanması;
- Tikintidə istifadə olunan layihələrin həyata keçirilməsinə nəzarət edilməsi;
- Layihədə iştirak edən subpodratçılarla əlaqə saxlanması və onların işinin istiqamətləndirilməsi;
- Layihədə nəzərdə tutulan bütün işlərin müəyyən edilmiş vaxtda başa çatdırılması;
- Rəhbərliyin tapşırıq və göstərişlərinin yerinə yetirilməsi, mütəmadi olaraq rəhbərliyə hesabatlar hazırlanıb təqdim edilməsi;
- Müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi;
- Əmək müqaviləsi üzrə vəzifə öhdəliklərinin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
- Yemək firmamız tərəfindən təmin olunur;
- Əmək haqqı namizədin bilik və bacarığına uyğun olaraq dəyişir.
Namizədə tələblər:
- İnşaat texniki ixtisası üzrə müvafiq ali təhsil;
- Tikinti sahəsində ən azı 3 il iş təcrübəsi;
- Müvafiq kompüter proqramlarını bilmək (AutoCAD, Microsoft Office və s.) ;
- Diqqətli,çevik və məsuliyyətli olmaq;
- Kollektivdə işləmək bacarığı;
- Xarici dili bilənlərə üstünlük veriləcək.
Qeyd olunan tələblərə uyğun olan namizədlər öz CV formalarını [email protected] ünvanına göndərə bilər.(məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir)