Mühasib

İşin təsviri

İş yeri: Bakı şəhəri

Vəzifə öhdəlikləri:

  • “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununu, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını və bu standartlara əsasən mühasibat uçotunun aparılması qaydalarını bilməli;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin etmək;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin icra edilməsinə nəzarət sisteminin qurulması;
  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;
  • Debitor və kreditor borcların uçotunun aparılması;
  • Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
  • Əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanması;
  • Gəlir və xərclərin uçotunun aparılması;
  • Vergi orqanına hesabatların hazırlanması və təqdim edilməsi (Vahid bəyannamə,ÖMV,ƏDV, statistika hesabatları)

Vəzifə tələbləri:

  • Təhsil pilləsi: Bakalavr (magistr dərəcəsi olması arzu olunandır)
  • Müvafiq sahədə 2 il iş təcrübəsi (istehsalat, real sektor sahəsində təcrübəsi olanlara üstünlük veriləcək)
  • Dil bilikləri: Azərbaycan dili (ingilis və rus dili arzuolunandır)
  • Kompüter bilikləri: Peşəkar səviyyədə Microsoft office proqramları (əsasən Excel) və 1C 8.3.
  • Problem həll etmə bacarıqları;
  • Detallara diqqət;
  • Komandada işləmək bacarığı;
  • Analitik düşünmə bacarığı.

Uyğun gələn namizədlər cv-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.