SƏTƏM üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkətdə SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarının tətbiqini və icrasını təmin etmək;
  • Dəmiryolu nəqliyyatı sahəsində, qatarların təmiri və onlara texniki xidməti zamanı əmək mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etmək;
  • Alətlər və avadanlıqlar, iş yerləri və iş mühiti ilə əlaqəli təhlükəsizlik riskinin qiymətləndirilməsi, potensial və mövcud təhlükələrin qarşısının alınması üzrə işlərin aparılması, profilaktik tədbirlərin görülməsi;
  • İşçilərə verilən xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vasitələrinin və digər vasitələrinin standartlara və sahə normalarına uyğun olmasına və bu vasitələrdən istifadəsinə nəzarət edilməsi;
  • İşə qəbul olunan yeni işçilərə , o cümlədən mütəmadi olaraq mövcud işçilərə əməyin mühafizəsi, texniki təhlükəsizliklə bağlı giriş təlimatının təkrar, plandan kənar və cari təlimatların keçirilməsi;
  • Təlimat jurnallarının tərtib edilməsi və imzalanmasına nəzarət edilməsi;
  • Təcili təxliyə və hazırlıq proseslərinin hazırlanması, şirkətin və əməkdaşların bu sahədə hazırlılığı;
  • Qəza və hadisələrin araşdırılmasında iştirak etmək, hesabatlar tərtib etmək və profilaktik tədbirləri həyata keçirmək;
  • Müəssisədaxili intizam qaydalarına riayət etmək

Namizədə tələblər:

  • Ali təhsil (texniki və ya Təhlükəsizlik Mühəndisliyi, Ətraf Mühit Mühəndisliyi və ya digər aidiyyatı texniki sahə üzrə)
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi 
  • Əməyin təhlükəsizliyi, ətraf mühit və keyfiyyətin idarəedilməsi sistemiləri sahəsində əsas tələb və prinsiplər (İSO 9001:2015 , İSO 45001-2018) üzrə biliklər
  • Dəmiryolu nəqliyyat vasitələri, onlara texniki xidmət, təmir işləri barədə ümumi bilik və iş təcrübəsi arzu ediləndir
  • Rus, ingilis dillərində orta səviyyədə biliklər
  • Komputer bilikləri (Microsoft office)
  • Analitik düşünmə qabiliyyəti, məsuliyyətlilik və komandada işləmək bacarığı.

Əmək haqqı: 1200–1500 AZN (bilik və təcrübəyə əsasən müəyyən ediləcək).

Qeyd olunan tələblərə cavab verən namizədlər Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına “SƏTƏM üzrə mütəxəssis” başlığı altında CV- nümunələrini göndərməklə müraciət edə bilərlər.

Stadler Service Azerbaijan tərəfindən digər vakansiyalar