Avtomatika mühəndisi_(bölgələr)

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 01.12.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiyanın adı: “Avtomatika mühəndisi_(bölgələr)”

Azərsun Holdinq, Kürdəmir və Biləsuvarda yerləşən Fabriklərimiz üçün “Avtomatika mühəndisi” vakansiyası üzrə işçi qəbulunu elan edir.

İş haqqında məlumat:

 Lokal nəzarət prosesləri üçün proqramların yazılması;
 Avtomatik nəzarət sistemlərinde istifadə olunan şəbəkələrin (Industrial Ethernet, Profibus, Multi-Point Interface) qurulması;
 Maşın və avadanlıq idarəetmə proqramlarına nəzarətin həyata keçirilməsi;
 Həssas ölçü cihazlarının nizamlanması;
 AC invertorların (driver) təmiri;       
 Yeni cihazların sınaqlarının həyata keçirilməsi;
 Mərkəzi və lokal on-line UPS sistemlərinə nəzarət.
 İş yeri Kürdəmir və Biləsuvarda yerləşən Fabriklərimizdədir.

Namizədə aid tələblər:

 Proqramlaşdırılan məntiqi nəzarət proqramının (PLC)  yazılması və modifikasiya edilməsini bilməli (STL, LAD, FBD, CFC, SFC);
 PLC konfiqurasiyası, quraşdırılması, optimallaşdırılması və təmiri əsaslarını bilməli;
 SCADA (Supervisory Control and Data Acquisition), HMI (Human Machine Interface) proqramlarının proqramlaşdırılmasını bilməli;
 PLC ilə təchiz olunmuş proseslərin və maşınların texnoloji və elektrik sxemlərini oxumağı bacarmalı;
 Hart protokollu kommunikatorlardan istifadə qabiliyyətinə malik olmalı;
 AC invertorların (driver) proqramlaşdırılmasını bilməli;
 PLC və SCADA arasında əlaqə qura bilməli.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini [email protected] elektron ünvanına göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

Mövzu hissəsində vəzifənin adı “Avtomatika mühəndisi_(bölgələr)” qeyd olunmalıdır.

İşəgötürənin reytinqi