Mühasibatlıq, maliyyə və ya əlaqəli sahədə ali təhsil
Tikinti sektorunda minimum 5 il iş təcrübəsi
Vergi və mühasibat uçotu üzrə dərin biliklər
Elektron hökumət portalları ilə işləmək bacarığı (e-taxes.gov.az, e-gov.az, e-social.az və s.)
1C və MS Excel proqramlarında yüksək səviyyədə işləmə bacarığı
Dəqiqlik, analitik düşünmə və məsuliyyətlilik
Vəzifə öhdəlikləri:
Mühasibat uçotunun beynəlxalq və yerli qanunvericiliyə uyğun aparılması
Vergi, DSMF, statistika və digər rəsmi hesabatların hazırlanması və təqdim edilməsi
Maliyyə sənədlərinin tərtib edilməsi, gəlir və xərclərin uçotunun aparılması
Aylıq, rüblük və illik maliyyə bağlanışlarının həyata keçirilməsi
Bank əməliyyatlarının və ödənişlərin idarə edilməsi
Kassa və avans hesabatlarının aparılması, əməkhaqqı hesablamalarının edilməsi
Auditin təşkili və daxili maliyyə nəzarətinin təmin edilməsi
Vergi risklərinin qiymətləndirilməsi və optimallaşdırılması
İş şəraiti:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
İş qrafiki: Bazar ertəsi – Cümə - 09:00-dan 18:00-dək;
İstirahət: Şənbə və Bazar günləri;
Əmək haqqı : Razılaşma yolu ilə
Ünvan: Bayıl Plaza
Müraciət qaydası:
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini "Mühasib" mövzusu ilə və əməkhaqqı gözləntisini qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.