İşin təsviri
İş şəraiti:
- İş yeri: Qaradağ, Bakı, Azərbaycan
- İş rejimi: Tam ştat (Full-time)
- Təcrübə: Minimum 5 il (Neft-qaz sahəsində satış təcrübəsi)
Vəzifə öhdəlikləri:
- Neft-qaz sənayesində məhsul və xidmətlərin satışını həyata keçirmək
- Mövcud və potensial müştərilərlə effektiv münasibətlər qurmaq və inkişaf etdirmək
- Bazarın və rəqiblərin analizini aparmaq, yeni satış imkanlarını müəyyənləşdirmək
- Satış strategiyasını icra etmək və aylıq satış hədəflərinə çatmaq
- Tenderlərdə iştirak və kommersiya təkliflərinin hazırlanması
- Müştəri görüşlərində şirkəti peşəkar şəkildə təmsil etmək
- Satışla bağlı hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
Tələblər:
- Neft-qaz və ya sənaye sahəsində minimum 5 il satış təcrübəsi
- Əla ünsiyyət və təqdimat bacarıqları
- Azərbaycan, rus və ingilis dillərində sərbəst ünsiyyət və yazışma bacarığı
- Yüksək məsuliyyət, təşəbbüskarlıq və nəticəyönümlülük
- Komandada işləmə və müştəri ehtiyaclarını anlama bacarığı
- MS Office proqramlarında sərbəst işləmək bacarığı
- B sürücülük vəsiqəsi və ezamiyyətlərə hazır olmaq üstünlükdür
Biz nə təklif edirik:
- Peşəkar və stabil iş mühiti
- Nəticəyə əsaslanan motivasiya və bonus sistemi
- Aylıq rəqabətə davamlı əmək haqqı (müsahibə əsasında)
- Peşəkar inkişaf imkanları və təlimlər
Müraciət qaydası:
CV-nizi “Satış Meneceri” başlığı ilə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.