Məhsul Sahibi (Middle)

İşin təsviri

Vəzifə Təsviri:

  • Məhsul sahibi məhsul xəttindəki funkisonallıqları və ya modulları idarə edir. Biznes tələblərini analiz edərək istifadəçi yönümlü tapşırıqlara çevirir, texniki komandayla əməkdaşlıq şəraitində dəyər yönümlü funksionallıqların vaxtında çatdırılmasını təmin edir.

Vəzifələr:

  • Güclü texniki biliklərə və analitik düşüncə qabiliyyətinə malik olmaq
  • Maraqlı tərəflərin tələblərini toplamaq və təhlil etmək
  • İstifadəçi hekayələri yazmaq və qəbul meyarlarını müəyyən etmək
  • Sprintləri təşkil etmək və prosesin gedişatını nəzarətdə saxlamaq
  • Prioritetləşdirilmiş və dəqiqləşdirilmiş məhsul backlogunu idarə etmək
  • İnkişaf, texniki və keyfiyyətə nəzarət komandaları ilə əməkdaşlıq etmək
  • Funksionallıqların təhvil verilməsindən sonrakı performansını izləmək və təkmilləşdirmə təklifləri vermək
  • Loyallıq proqramları haqqında bazar araşdırması aparmaq

Tələblər:

  • Biznes, İnformasiya Texnologiyaları və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi
  • Məhsul sahibliyi və ya əlaqəli sahədə 1–2 il iş təcrübəsi
  • Məhsulun həyat dövrü və Agile metodologiyası barədə güclü anlayış
  • Əla ünsiyyət və problem həll etmə bacarıqları
  • Analitik düşüncə və məlumatları təhlil etmə qabiliyyəti
  • Loyallıq proqramları haqqında ilkin anlayışlara sahib olmaq
  • Jira, ClickUP, Trello kimi alətlərdə işləmə bacarığı

İş şəraiti

  • İşə qəbul: Əmək Məcəlləsinə əsasən rəsmi sənədləşmə;
  • İş qrafiki: İstehsalat təqviminə uyğun 5 tam iş günü (09:00 – 18:00)
  • Əmək haqqı: 1300 – 1500 AZN (namizədin təcrübəsi və peşəkarlıq səviyyəsinə əsasən təyin olunur).

Maraqlanan  şəxslər CVlərini Müraciət et düyməsində qeyd olunan eleKtron ünvanına göndərə bilər.