İnsan resursları üzrə əməliyyatçı (HR Operations)

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İşçilərin şəxsi məlumatlarının idarə olunması və HR sistemlərində dəqiq qeydiyyatın aparılması
  • İşə qəbul, işdən azad olunma və daxili keçid proseslərinin koordinasiyası
  • Əmək müqavilələrinin hazırlanması, yenilənməsi və əmək qanunvericiliyinə uyğunluğun təmin edilməsi
  • İllik məzuniyyət, xəstəlik vərəqəsi və digər inzibati proseslərin idarə edilməsi
  • HR hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi
  • HR siyasət və prosedurlarının icrasında dəstək göstərmək

Tələblər və bacarıqlar:

  • HR Operations və ya inzibati insan resursları sahəsində minimum 1 il təcrübə
  • Əmək qanunvericiliyi və İnsan Resursları prosedurları haqqında bilik
  • MS Office proqramları ilə yaxşı səviyyədə işləmək bacarığı (xüsusilə Excel)
  • Yüksək dəqiqlik, təşkilatçılıq bacarığı və diqqətlilik

İş şəraiti:

  • Həftə ərzində 5 günlük iş qrafiki.
  • İş saatı: 09:00-18:00
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına görə təyin ediləcək
  • Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun sənədləşmə

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Favorite Premium Market tərəfindən digər vakansiyalar