İşin təsviri
                
                
                                
                Vəzifə öhdəlikləri:
	- İşə qəbul prosesinin təşkili və həyata keçirilməsi; 
 
	- İşçi tələbinə əsasən müvafiq elanların hazırlanması, iş saytlarında, sosial şəbəkələrdə yerləşdirilməsi;
 
	- Tərcümeyi-halların nəzərdən keçirilməsi, namizədlərin qısa siyahısının tərtib edilməsi və ilkin müsahibələrin aparılması;
 
	- Müsahibə prosesinin təmin edilməsi üçün müsahibə dövrlərinin planlaşdırması və əlaqələndirməsi;
 
	- Seçilmiş namizədlər üçün iş təkliflərinin hazırlanması və təqdim edilməsi; 
 
	- Əmək yarmarkalarında, işgüzar əlaqələrin qurulması üçün keçirilən tədbirlərdə iştirak və istedadların cəlb edilməsi ilə əlaqədar işəgötürənin brendinin yaradılmasının dəstəklənməsi;  
 
	- Kadr ehtiyat bazasının yaradılması və yenilənməsi. 
 
Namizədə olan tələblər:
	- Ali təhsil (müvafiq sahə üzrə) 
 
	- İnsan Resurslarının işə qəbul modulu haqda nəzəri və praktiki biliyə sahib olması;
 
	- Azərbaycan dili əla, 
 
	- İşə qəbul üzrə 2-3 il iş təcrübəsi;
 
	- Microsoft Office (Word/Excel/PowerPoint) 
 
	- Müsahibə aparmaq bacarığı;
 
	- Namizədlərin cəlb edilməsi alətləri və metodları üzrə təcrübə;
 
	- Güclü qərar qəbul etmə bacarığı.
 
İş şəraiti  
	- İş qrafiki: I-V günlər;
 
	- Əmək haqqı: 700-1000 Azn
 
	- Korporativ nömrə: Şirkət tərəfindən təmin edilir.
 
	- Ünvan: Ziya Bünyadov pr., Ələsgər Qayıbov 12/22
 
Yaxınlıqda yerləşən obyektlər: Rich Hotel, Caspian Bussines Hotel, EuroHome Tikinti materialları bazarı və CONNECT.
Müraciət etmək istəyən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsinə “İşə qəbul üzrə mütəxəssis” qeyd edərək göndərə bilərsiniz.