KATEGORİYA MENECERİ_BAZARSTORE MMC
Azərsun Holdinq KATEGORİYA MENECERİ vakansiyası üzrə aşağıdakı xüsusiyyətlərə sahib olan namizəd axtarışındadır:
İş haqqında məlumat:
- Satış analizləri və bazar araşdırmalarının həyata keçirilməsi;
- Bazarda olan məhsulların çeşid və keyfiyyəti haqqında araşdırmaların aparılması;
- Marketlərlə promo-aksiyalara dair işlərin aparılması;
- Məhsul seçimi və qiymət məsələləri ilə əlaqədar müvafiq şirkətlərlə görüşmələrin aparılması;
- İş yeri Bazarstore supermarketlər şəbəkəsi üçün nəzərdə tutulmuşdur.
Əsas tələblər:
- Ali təhsil (menecment, iqtisadiyyat, marketinq sahəsində);
- 25-35 yaş aralığında olmalı;
- Pərakəndə sektorunda kateqoriya meneceri kimi ən az 1 il iş təcrübəsi olmalı;
- Bazar qiymətləri, rəqabətçilik haqqında məlumatlı olmalı;
- Bakının fərqli bölgələrindəki marketləri və müştəri profillərini yaxşı bilməli;
- Azərbaycan dilində səlist danışmalı, rus və ingilis dillərini yüksək səviyyədə bilməli;
- MS Office (xüsusən Excel) proqramlarını əla səviyyədə bilməli;
- Səliqəli xarici görünüşlü, prezentabl olmalıdır.
Vakansiya ilə maraqlanan əlaqədar şəxslərdən CV-lərini mövzu yerinə "Bazarstore Kateqoriya Meneceri" yazaraq [email protected] ünvanına göndərməsi xahiş olunur.