Ərazi satış meneceri

  • Prime Elektro
  • Elanın qoyulma tarixi: 04.07.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:  

  • Potensial müştərilərin cəlb edilməsi, müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması;
  • Görüş və təqdimatların təşkil edilməsini təmin etmək.
  • Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
  • Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi;
  • Keçirilən aksiya və kampaniyalar haqqında müştərilərin məlumatlandırılması;
  • Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;

İş şərtlərimiz:

  • Əmək haqqı: 800 AZN + Satışa uyğun bonus
  • İş vaxtı: 09:00 – 18:00
  • İstirahət günləri: Şənbə və Bazar günü.
  • Ünvan: Abşeron Ticarət Mərkəzi (Lökbatan dairəsinin yaxınlığı)
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə

Tələblər:

  • Təhsil: Ali təhsil (iqtisadiyyat və əlaqəli sahələr üzrə)
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Office proqramlarında, əsasən EXCEL-də işləmə bacarığı;
  • Analitik düşüncə qabiliyyəti;
  • Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarığı;
  • Kişi namizəd
  • Yaş həddi – 20-30

Bizim komandaya qoşulmaq istəyən namizədlərdən xahiş olunur ki,  cv-ni "Ərazi satış meneceri" mövzu hissəsində qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçtuna göndərsinlər.