Baş elektrik mühəndisi

  • Foton
  • Elanın qoyulma tarixi: 25.06.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Nə təklif edirik?

  • Aylıq NET əmək haqqı: 4.300-4500 AZN;
  • Könüllü tibbi siğorta (ailə paketi);
  • “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
  • İşçinin inkişafı üçün təlim, tədris proqramları. 

İşin təsnifatı:

  • Elektrik sistemlərinin layihələndirilməsi, inkişafı və təkmilləşdirilməsi;
  • Yüksək və aşağı gərginlikli elektrik avadanlıqlarının seçimi və spesifikasiyası;
  • Layihələrin texniki nəzarətinin və keyfiyyət təminatının aparılması;
  • Texniki sənədlərin hazırlanması və layihə standartlarına uyğunluğun təmin edilməsi;
  • Sahə üzrə komandaya rəhbərlik və texniki dəstəyin göstərilməsi;
  • Elektrik sahəsi üzrə layihələrin idarəetməsi;
  • İşlərin keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi;
  • Rəhbərliyin tapşırıq və göstərişlərinin yerinə yetirilməsi, mütəmadi olaraq rəhbərliyə hesabatlar hazırlanıb təqdim edilməsi.

Tələblər:

  • Elektrik mühəndisliyi üzrə ali təhsil (bakalavr və ya magistr dərəcəsi)
  • Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi (Sənaye və ya infrastruktur layihələrində üstünlükdür;)
  • AutoCAD, EPLAN, ETAP və digər elektrik layihələndirmə proqramlarında iş bacarığı;
  • Beynəlxalq standartlar (IEC, IEEE və s.) üzrə biliklər;
  • Komandada işləmə və rəhbərlik qabiliyyəti;
  • Ezamiyyətlərə və sahə şəraitində işləməyə hazır olmaq;
  • Danışıq səviyyəsində ingilis dili biliyi (rus dili biliyi üstünlükdür).

İş şəraiti:

  • İş rejimi:  5 günlük 
  • İş yeri: Bakı şəhər (Ezamiyyətlərə və sahə şəraitində işləməyə hazır olmaq);

CV-lərinizi  “Baş elektrik mühəndisi” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.