İşin təsviri
                
                
                                
                Vəzifə öhdəlikləri:
	- Cəlb olunduğu layihələrdə şöbənin cavabdehlik daşıdığı məsələlərin koordinasiya edilməsi;
 
	- Şirkətin şəbəkə infrastrukturunun layihəsinin hazırlanmasında iştirak edilməsi;
 
	- Şəbəkə infrastrukturu üçün texniki sənədləşmənin təşkil edilməsi;
 
	- Şəbəkə yükü və trafik optimizasiyasının təhlil edilməsi və təkliflərin verilməsi;
 
	- Telekommunikasiya avadanlıqlarının fasiləsiz işinin təmin edilməsi;
 
	- Şəbəkə sistemləri üzrə yenilikləri yoxlamaq və yenilənmə üzrə planın tərtib edilməsi;
 
	- Sistemlərdə baş verəbiləcək problem və dayanmaların prosedurlara əsasən araşdırılması və həll edilməsi;
 
	- Sistemlərin dəstəklənməsi üzrə profilaktik və gündəlik işlərin icra edilməsi;
 
	- Sistemlərin dəstəklənməsi üzrə monitorinq aparılması;
 
	- İnformasiya təhlükəsizliyi insidentlərinin aşkar olunması, təhlili və onların təhqiqatının aparılması və tələblərin irəli sürülməsi və icrasında həll yollarının tərtibində iştirak edilməsi.
 
Tələblər:
	- Ali təhsil (Texniki təhsil arzu olunandır);
 
	- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
 
	- Şəbəkə təhlükəsizliyi və nəzarət modelləri haqqında biliklər;
 
	- Sistemlər və şəbəkə proqramları, hardware və şəbəkə protokolları haqqında biliklər;
 
	- Təşkilatçılıq, liderlik və idarəetmə bacarıqları;
 
	- Müstəqil işləyərkən tez qərar qəbul etmək bacarığı.
 
İş şəraiti:
Qeyd olunan tələblərə uyğun namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.