İdarə Heyəti sədrinin köməkçisi (Bakı şəhəri)
Əsas vəzifə öhdəlikləri
1. Təşkilatın İdarə Heyətinin (Menecment), Əsas vəsaitlər üzrə Komissiyanın, Tender Komitəsinin, Aktiv və Passivlərin İidarəedilməsi Komitəsinin, Müşahidə Şurasının iclaslarını protokollaşdırmaq və protokolları qoruyub saxlamaq;
2. Təşkilatın İdarə Heyəti sədrinin biznes səyahəti üçün müvafiq təşkilatı işləri aparmaq;
3. İşi ilə əlaqədar müəyyən şəxslər, təşkilatlar, müəssisələrlə telefon əlaqəsi yaratmaq və onlarla keçiriləcək görüşün vaxtını, yerini dəqiqləşdirmək;
4. Keçiriləcək iclasların cədvəllərini hazırlamaq;
5. İdarə Heyəti sədrinə ünvanlanmış zəng və məktubları qəbul etmək;
6. İdarə Heyəti sədrinin görüşləri ilə bağlı cədvəl hazırlamaq və İdarə Heyəti sədrini mütəmadi olaraq cədvəllə tanış eləmək;
7. İdarə Heyəti sədrinin gündəlik, həftəlik və aylıq iş planını hazırlamaq;
8. Təşkilata xarici qonaqlar gələn zaman və digər hallarda lazım olduqda tərcümə işi görmək;
9. Təşkilat adından azərbaycan və ingilis dillərində rəsmi məktublar hazırlamaq.
10. Müvafiq sənədləri, məktubları, müqavilələri ingilis dilindən azərbaycan dilinə və əksinə tərcümə etmək;
11. İdarə Heyəti sədri ilə birlikdə biznes ezamiyyələrində iştirak etmək;
12.“KredAqro”nun fəaliyyəti ilə bağlı İdarə Heyəti sədrinin digər tapşırıqlarını yerinə yetirmək.
Namizəd aşağıdakı bacarıqlara malik olmalıdır
- Sənədlərlə işin təşkilini, sənədlərin tərtib edilməsi qaydasını;
- Səmimi və mehriban xasiyyətə malik olmaq;
- Azərbaycan dilini mükəmməl (şifahi və yazı), ingilis və rus dillərini yaxşı səviyyədə bilmək.
- Ümumi PC, ofis proqramlarından istifadə qaydasını;
- Əmək mədəniyyəti və xidməti etikanı;
- Əməyin mühafizəsini, təhlükəsizlik texnikasını və yanğından mühafizə qaydalarını
Maaş + rüblük bonus
CV-ləri mövzu hissəsində müraciət etdiyiniz vəzifə göstərilməklə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.