Cənub Regionu üzrə Borc Qaytarma üzrə Mütəxəssis

İşin təsviri

BOKT “Vijn Fond AzərKredit” MMC Cənub Regionu üzrə Borc Qaytarma üzrə Mütəxəssis vəzifəsinə işçi qəbulu elan edir.

BOKT “Vijn Fond AzərKredit” MMC (VF AzərKredit) kiçik və orta sahibkarlara öz bizneslərini genişləndirmək və iqtisadi vəziyyətlərini inkişaf etdirmək üçün onları kreditlərlə təmin edir ki, bununla da ölkənin iqtisadi inkişafına kömək göstərir. Şirkət Azərbaycanda fəaliyyət göstərən ən böyük mikro-kredit təşkilatlarından biridir.

VF AzərKredit hazırda Cənub regionu (İmişli, Beylaqan, Horadiz, Bala-Bəhmənli, Saatlı, Sabirabad filialları daxildir) üzrə əmək muqaviləsi əsasında Borc Qaytarma üzrə Mütəxəssis vəzifəsinə işçi qəbulu elan edir.

Əsas vəzifə və öhdəlikləri:

• Region üzrə qaytarılmayan, silinmiş, yığım prosesində olan kreditlərlə iş, ödənişin təmin olunması üçün tədbirlər həyata keçirmək;
• Öz bacarıqları daxilində birbaşa Təşkilat tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin VF AzərKreditin qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
• Bütün fəaliyyətini VF AzərKreditin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
• Kredit ödənişlərinə yaxından nəzarət edir və mümkün ola biləcək gecikmələrə qarşı tədbirlər görür;

Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:

• 28 yaşından yuxarı;
• Təhsil: Ali və ya orta ixtisas (ali iqtisadi təhsili olanlara üstünlük verilir);
• Müvafiq (və ya kreditləşmə) sahədə ən azı 2 (iki) il iş təcrübəsi;
• Azərbaycan dilində şifahi və yazılı olaraq yaxşı əlaqələr qurma qabiliyyəti
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq;
• Kompüterdə MS Word proqramlarında işləmək;
• Sürücülük bacarığı;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;

Yuxarıdakı tələblərə cavab verən maraqlı namizədlərdən xahiş olunur ki,VF AzərKredit-in iş üçün anket formalarını (CV), dolduraraq 30 noyabr 2014-cü il tarixinədək təqdim etsinlər.

İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləyə və ya VF AzərKredit təşkilatının İmişli (və ya yuxarıda qeyd olunan rayon filiallarının ofislərindən) ofisindən əldə edə bilərsiniz.

Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Cənub Region üzrə Borc Qaytarma üzrə Mütəxəssis).

Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

E-ünvan: [email protected]        Faks: (+994 12) 597 30 39