Promo Konsultant

  • Jet Sharing
  • Elanın qoyulma tarixi: 13.06.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Biz - JET komandası olaraq şəhər mobilliyini dəyişdirir və insanlara rahat, sürətli, eyni zamanda ekoloji nəqliyyat alternativi təqdim edirik.
Hazırda müştərilərlə birbaşa ünsiyyətdə olacaq, JET tətbiqini tanıdacaq və istifadəçilərə dəstək göstərəcək Promo Konsultant axtarırıq.

Vəzifələriniz:

  • Müştərilərə JET mobil tətbiqindən necə istifadə etməyi öyrətmək
  • Tariflər, istifadə qaydaları və şərtləri izah etmək
  • Promo nöqtəsində aktiv şəkildə işləmək və istifadəçilərlə ünsiyyət qurmaq

Tələblərimiz:

  • iOS və ya Android əməliyyat sistemli şəxsi telefonun olması
  • Sürətlə öyrənmək bacarığı
  • Enerjili, məsuliyyətli, intizamlı və təşəbbüskar olmaq
  • Ünsiyyətcil və yardımsevər yanaşma

Təklif etdiklərimiz:

  • İş qrafiki: 6/1 (16:00 - 22:00 və ya 17:00 - 23:00), istirahət günləri - həftə içi
  • Əmək haqqı: 400-600AZN (maaş 2 dəfə ayda stabil şəkildə ödənilir)
  • İşin bütün mərhələlərində texniki və təşkilati dəstək
  • Şirkət daxilində karyera yüksəlişi imkanı


Əgər sən də gənc, enerjili və sürətlə böyüyən bir komandada çalışmaq istəyirsənsə, JET sənin yerindir!

Vakansiya ilə maraqlananlar öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.