Xərclərə Nəzarət üzrə Mütəxəssis

  • AzTelco Group MMC
  • Elanın qoyulma tarixi: 12.06.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə Öhdəlikləri:

  • Qrupa daxil olan bütün şirkətlərin xərclərini mərkəzləşdirilmiş şəkildə izləmək və konsolidasiya etmək
  • Büdcənin planlaşdırılması, icrası və nəzarəti prosesində iştirak etmək
  • Hər bir şirkət üzrə xərclərin strukturu, trendi və marjaları ilə bağlı mütəmadi təhlillər aparmaq
  • Planlaşdırılmış büdcədən kənara çıxmaların səbəblərini təhlil etmək və rəhbərliyə hesabat təqdim etmək
  • Şirkətlərarası müqayisəli xərclər təhlili (benchmarking) aparmaq;
  • Qrup səviyyəsində xərclərin azaldılması və resursların effektiv istifadəsi üzrə strategiyalar təklif etmək
  • ERP sistemində (SAP, Oracle, 1C ERP və s.) xərc məlumatlarının uyğunluğunu və düzgünlüyünü təmin etmək
  • Audit yoxlamalarına, daxili nəzarət prosedurlarına və risk qiymətləndirmələrinə dəstək göstərmək

Tələb Olunan Bilik və Bacarıqlar:

  • Mühasibat uçotu, maliyyə, iqtisadiyyat və ya digər əlaqəli sahə üzrə ali təhsil;
  • Müvafiq sahədə 2-3 il iş təcrübəsi;
  • 1C Mühasibat proqramında iş təcrübəsi;
  • Excel və digər ofis proqramlarında sərbəst işləmə bacarığı;
  • Diqqətlilik, dəqiqlik və yüksək məsuliyyət;
  • Məxfi məlumatlarla işləmə bacarığı və etik qaydalara riayət etmək;
  • Təhlil aparmaq və hesabat hazırlamaq bacarığı;
  • Azərbaycan və İngilis dillərində yazılı və şifahi ünsiyyət bacarığı;
  • PMS və ya ACCA sertifikatlarının mövcudluğu üstünlükdür.

Təklif edilir:

  • Dinamik mühitdə işləmək və inkişaf şansı
  • Rahat və müasir iş mühiti
  • Ödənişsiz nahar, korporativ nömrə təminatı

Ünvan: Bakı, Heydər Əliyev Pros. 152, Çinar Plaza 
Müraciət qaydası:
Maraqlanan namizədlər CV-lərini “Xərclərə Nəzarət üzrə Mütəxəssis” başlığı ilə
Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

AzTelco Group MMC tərəfindən digər vakansiyalar