Rəqəmsal Marketinq üzrə Mütəxəssis

  • AzTelco Group MMC
  • Elanın qoyulma tarixi: 05.06.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş şəraiti

  • İş yeri: Çinar Plaza, Bakı, Azərbaycan;
  • İş rejimi: Tam ştat (Ofisdə);
  • İş qrafiki: Həftənin 5 günü, saat 09:00 – 18:00.

Vəzifə Öhdəlikləri:

  • Şirkətin rəqəmsal marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi;
  • SEO və Google Ads kampaniyalarının qurulması, optimallaşdırılması və monitorinqi;
  • E-poçt marketinq kampaniyalarının hazırlanması və nəticələrinin təhlili;
  • Sosial media platformaları üçün kontent planının hazırlanması və paylaşımların icrası;
  • Veb-sayt kontentlərinin optimallaşdırılması, istifadəçi təcrübəsinin (UX) təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi;
  • Meta Ads, Google Ads, YouTube reklam kampaniyalarının idarə olunması;
  • Google Analytics və digər rəqəmsal alətlərlə nəticələrin təhlili və hesabatların hazırlanması;
  • Rəqib analizləri aparmaq, rəqəmsal trendləri izləmək və tətbiq etmək.

Tələb Olunan Bilik və Bacarıqlar:

  • Rəqəmsal marketinq sahəsində minimum 2 illik iş təcrübəsi;
  • SEO, SEM, e-mail marketinq və kontent marketinqi sahəsində biliklər;
  • Meta Business Suite, Google Ads, Google Analytics, Mailchimp, Canva və s. ilə işləmə bacarığı;
  • Kreativlik və analitik düşüncə qabiliyyəti;
  • Azərbaycan və rus dillərində sərbəst ünsiyyət bacarığı (İngilis dili üstünlükdür);
  • Vaxtın idarə olunması və komanda ilə səmərəli əməkdaşlıq bacarığı.

Biz sənə nə təklif edirik?

  • İnnovativ və dəstəkləyici iş mühiti;
  • Gənc və enerjili komanda ilə işləmək fürsəti;
  • Öz ideyalarını reallaşdırmaq və dəyər qatmaq imkanı;
  • Şirkət tərəfindən təyin olunan nahar;
  • Könüllü tibbi sığorta;
  • Korporativ nömrə.

Qeyd: "Könüllü tibbi sığorta" bəndi əlavə olunmuşdur.

Necə müraciət etməli?

  • Maraqlanan namizədlər CV-lərini “Rəqəmsal Marketinq üzrə Mütəxəssis” mövzusu ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

AzTelco Group MMC tərəfindən digər vakansiyalar