İşin təsviri
                
                
                                
                İş şəraiti:
	- İş rejimi: Ofisdən və ya Freelance
 
	- Sahə: Tərcümə, Dil xidmətləri, Məqalə redaktəsi
 
	- Əmək haqqı: Razılaşma yolu ilə
 
Vəzifə öhdəlikləri:
	- Ərəb və fars dillərindən Azərbaycan dilinə məqalələrin tərcüməsi
 
	- Elmi, ictimai-siyasi, ədəbi və ya spesifik sahələrə dair mətnlərin orijinal mənasını qorumaqla tərcümə olunması
 
	- Redaktə və korrektə işlərinin aparılması (lazım olduqda)
 
	- Terminologiyaya diqqətlə yanaşmaq və dəqiq dil istifadəsi təmin etmək
 
	- Verilən tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək
 
Namizədə tələblər:
	- Ərəb və fars dillərini mükəmməl səviyyədə bilmək (ən azı B2)
 
	- Azərbaycan dilində qrammatik və üslubi cəhətdən düzgün yazmaq bacarığı
 
	- Tərcümə sahəsində minimum 1 il iş təcrübəsi (nümunələrin təqdim olunması arzuolunandır)
 
	- Ali təhsil – dil, filologiya, jurnalistika və ya uyğun ixtisas üzrə
 
	- Microsoft office proqramlarında sərbəst işləmə bacarığı
 
	- Məsuliyyətli, diqqətli və detalara önəm verən yanaşma
 
Uyğun namizədlər öz CV formlarını vakansiyanın adını qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçtuna göndərə bilər.