İşin təsviri
İş barədə məlumat:
- Reklam, Promo və Mətbəə məhsullarının dizaynı;
- Şirkətlərin korporativ standartlarına uyğun reklam və digər dizayn materiallarının hazırlanması;
- Vektor illustrasiyalar, loqotiplər, sosial media üçün postların hazırlanması;
- Daim yenilənən dizayn trendlərini izləmək və cari trendləri gündəlik işlərdə tətbiq etmək;
- Gündəlik veriləcək işlər ilə bağlı öhdəliklərin vaxtında yerinə yetirilməsi;
İş şəraiti
- İş qrafiki: 5 iş günü
- İş saatı: 09:00-dan 18:00-dək
- Ünvan: Bakı İş Mərkəzi, M. Şərifli 19 (Q. Qarayev m.st. yaxınlığı)
- Əmək haqqı 1200-1500 AZN
Namizədə tələblər:
- Təhsil: Ali və ya orta (Dizayn, Reklam və ya rəssamlıq üzrə arzuolunandır);
- Program bilikləri: Corel draw, Adobe Illustrator, Adobe Photoshop yüksək səviyyədə bilmək (Üstünlük Corel Draw);
- Minimum 3 il iş təcrübəsi;
- Yaradıcılıq və araşdırma qabiliyyəti;
- Operativ, məsuliyyətli və işə planlı yanaşan;
- Detallara qarşı diqqətli;
- Komandada işləmək bacarığı və istəyi;
- CV göndərərkən portfolionun qeyd olunması mütləqdir.
Zəhmət olmasa CV-nizi mövzu hissəsində mütləq şəkildə “Qrafik dizayner” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.