Satış koordinatoru

  • Magenta
  • Elanın qoyulma tarixi: 14.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Şirkətə daxil olan sifarişlərin qəbul edilməsi, hazırlanma və təhvil mərhələsinədək idarə edilməsi. 
  • Müştəriyə qiymət təklifinin hazırlanaraq təqdim edilməsi (Maliyyə şöbəsinin qiymət təsdiqindən sonra)
  • Müştəri ilə Qiymət razılaşmasından sonra Sifariş barədə İstehsal müdirinə yazılı formada məlumat vermək. Təsdiq edilmiş müştəri sifarişləri haqqında gündəlik olaraq İstehsal müdirinə yazılı hesabat təqdim etmək.
  • Müştəri bazasının formalaşdırılması və mövcud bazanın koordinasiya olunması, Mövcud müştəri sayını genişləndirmək və yeni korporativ müştərilər axtarmaq, Korporativ e-mail ünvanına daxil olan müraciətlərin cavablandırılması və əməkdaşlıq sorğularının icrası.
  • Həftəlik, aylıq, illik hesabatların hazırlanması və Struktur bölmə rəhbərinə təqdim edilməsi 
  • Müştəri məmnuniyyəti və müştərilərin saxlanmasına nail olmaq, Satışdan sonra müştərilərlə əlaqələrin tənzimlənməsi. Müştərilərlə əlaqədar hər hansı problem və ya çatışmazlığı vaxtında aşkarlamaq və müvafiq tədbirlər görmək.
  • E-mail və yazışmaların həyata keçirilməsi
  • Rəhbərlik tərəfindən verilmiş tapşırıqların yerinə yetirilməsi.
  • Korporativ nömrə,  və balans şirkət tərəfindən təmin edilir.

Tələblər:

  • Təhsil : Ali
  • Yaş həddi: 20-30 yaş
  • Məsuliyyətli;
  • Problem həlletmə və analitik düşünmə qabiliyyəti;
  • Kollektivdə komanda şəklində işləmə bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili səlis və (qismən) rus dili.
  • Kompüter bilikləri: Ofis avadanlığı və MS Office proqramları ilə işləmək bacarığı.

İş qrafiki: 5 iş günü

İş saatı: 09:00-dan 18:00-dək

İş şəraiti: Reklam sahəsi

Ünvan: Bakı İş Mərkəzi, M. Şərifli 19 (Q. Qarayev m.st. yaxınlığı)

Əmək haqqı namizədin bilik və təcrübəsinə əsasən müəyyənləşdiriləcək

Yuxarıda göstərilən tələblərə uyğun namizədlərin mövzu hissəsində “SATIŞ KOORDİNATORU” qeyd etməklə elektron poçtuna yalnız Azərbaycan dilində CV  göndərmələri xahiş olunur.

Email:  [email protected]

 

Magenta tərəfindən digər vakansiyalar