İşin təsviri
Namizədə tələblər:
- Yaş: 18 - 35
- Cinsi: Bəy və Xanım
- Təhsil: Natamam Ali və Ali
- İş təcrübəsi: Sığorta sahəsi üzrə təcrübə tələb olunmur
- Dil bilikləri: Azərbaycan dili (əla), əlavə olaraq Rus (arzu olunandır)
Təlimçinin vəzifə öhdəlikləri:
- Yeni müştərilərin cəlb olunmasını həyata keçirmək, müştərinin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu onlara təqdim etmək;
- Mövcud müştərilərlə sığorta müqavilələrinin yenilənməsini həyata keçirmək;
- Mövcud müştərilərlə əlaqələri genişləndirmək və uzunmüddətli əməkdaşlıq qurulmasına çalışmaq;
- Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq;
- Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
- Sığorta müqaviləsinin vaxtında müştəriyə təqdim edilməsinə və sığorta təklifinin detalları, şərtləri barədə ətraflı təlimatlandırılmasına dəstək göstərilmək.
Bacarıqlar:
- Təşəbbüskarlıq;
- Ünsiyyətqurmaq bacarığı;
- Fikirlərinin aydın izah edə bilmək;
- Çalışqanlıq;
- Dəqiqlik;
- Öhdəliklərinə məsuliyyətli olmaq;
- Yaranmış vəziyyətlərə çevik reaksiya vermə;
- Komandada işləmək
İş şərtləri:
- Təcrübə günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
- Təcrübə saatı: I-IV günlər 09:30 - 17:30, V gün 09:30 - 17:00
- Təcrübə yeri: Bakı şəhəri
Biz sizə nə təklif edirik?
- Təcrübə müddəti 3 ay
- Təcrübə müddəti sonunda sertifikat təqdim olunacaq və iş ilə təmin olunma imkanı yaradılacaq
- Karyera və inkişaf üçün əla fürsətlər
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması
- İşlə təmin olunma imkanı
- Müasir idarəetmə sistemi və mehriban kollektiv
Uyğun olan namizədlərdən CV-lərini mövzu hissəsinə “Pərakəndə Satış üzrə Sığorta məsləhətçisi” qeyd edərək Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.