İşin təsviri
                
                
                                
                Tələblər:
	- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Orta və ya ali təhsil
- Yaş həddi: 25-45;
Vəzifə öhdəlikləri:
	- Servisə müraciət edən  avtomobillərin əzilmiş hissələrini tələblərə uyğun təmir etmək və ehtiyat hissələrini dəyişdirmək 
- Avtomobillərin əzilmiş hissələrini təmir etmək, avtocilalama xidməti göstərmək
- Avtomobillərin təmir edilmiş hissələrini rəngləmək
- Aidiyyəti əməkdaşlardan təqdim olunan avtonəqliyyat vasitələrini sıralayaraq ardıcıllıqla təmir olunmasını yerinə yetirmək
- Avtonəqliyyat vasitəsində təmir işi aparmadan öncə birbaşa rəhbərinə məlumat vermək
- Avtonəqliyyat vasitələrini təmir etmək üçün zəruri olan əşyaların təmin edilməsi ilə aidiyyəti şəxslərə müraciət etmək
- İstifadə etdiyi alətləri qorumaq və avadanlıqlara lazım olan texniki qulluğu göstərmək
- Avtomobilin gövdə və dəmir detallarının sökülüb, yığılması və təmiri
- Qaynaqla işləmə
- Avtomobil üzrə dəmirçiyə aid digər işlər.
- Vəzifəsinin icrası ilə əlaqədər tapşırıqları yerinə yetirmək
- Əməyin mühafizəsi, əmək, nizam-intizam, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitar-gigiyena qaydalarına riayət etmək
- Şirkətin məqsəd və hədəfləri istiqamətində çalışmaq
- Rəhbərlik tərəfindən verilən digər göstərişləri vaxtında və düzgün qaydada yerinə yetirmək
İş barədə məlumat:
	- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müəyyən olunacaq 
- İş yeri: Bakı, Çobanzadə 30 D
- İş qrafiki: 6 günlük iş qrafiki: 
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissədə vəzifə adını “Dəmirçi” yazaraq CV göndərə bilərlər.