Satış üzrə mütəxəssis

İşin təsviri

Əgər sən:

  • Gənc və ambisiyalısan;
  • Azərbaycan və rus dillərini sərbəst bilirsən;
  • Satmağı bacarırsan və müştərilərlə işləməyə hazırsan;
  • Aktiv, ünsiyyətcil və məsuliyyətlisənsə — biz səni komandamızda görmək istəyirik!

Namizədlərə tələblər:

  • Əsasən oğlan namizədlər, mümkün olduqda hərbi xidmətdə olmuş;
  • Təhsil — orta ixtisas və ya ali (sığorta sahəsini bilənlərə üstünlük verilir);
  • Sığorta barədə anlayış olmalıdır.

Təklif edirik:

  • Rəsmi əmək müqaviləsi ;
  • Peşəkar təlim və inkişaf imkanları;
  • Karyera yüksəlişi üçün şərait;
  • Stabil və peşəkar komandada iş;
  • Təlim və öyrədilmə şirkətin təcrübəli əməkdaşları tərəfindən həyata keçirilir.

Qeyd: İşə qəbul yalnız bütün müsahibə və test mərhələlərindən uğurla keçən namizədlərə təklif olunacaq. Maraqlanan şəxs “Satış üzrə mütəxəssis” qeyd etməklə, CV-ni Müraciət Et düyməsində qeyd olunan electron poçt ünvanına göndərə bilər.