İşin təsviri
Vəzifə öhdəlikləri:
- Müxtəlif növ kofe, süd və meyvələrdən ibarət içkilərin hazırlanması
- Məhsulların təqdimatı və satışı
- Sifarişlərin qəbulu və təhvil verilməsi
- Kassa əməliyyatlarının aparılması
- Hazırlanan məhsulun keyfiyyətinə nəzarət etmək.
- Gigiyenik standartlara və qida təhlükəsizliyinə riayət etmək.
- İş yerində təmizlik və nizam-intizamın qorunması.
Tələblər:
- Sahə üzrə iş təcrübəsi
- Qəhvə növləri və hazırlaması üsulları barədə biliklər və təcrübə
- Latte art bacarığı
- Müvafiq diplom və sertifikatların olması üstünlükdür
- Kassada işləmək bacarığı üstünlükdür
- Müştərilərlə işləmək bacarığı
- Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərini danışıq səviyyədə bilmək üstünlükdür
- Gigiyena və qida təhlükəsizliyi qaydaları haqqında məlumatlı olmaq.
İş barədə məlumat:
- Əmək haqqı: 800-900 AZN (əlavə olaraq bonus sistemi mövcuddur)
- Növbəli iş qrafiki 08:00-20:00 (2 gün iş / 2 gün istirahət)
- Qidalanma şirkət tərəfindən təmin olunur.
- Geyim şirkət tərəfindən təmin olunur.
- Karyera inkişafı və təlimlər.
- Mehriban və səmimi iş mühiti.
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşdirilmə.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.