İşin təsviri
İş şəraiti
- Əmək haqqı: Təcrübəyə əsasən razılaşma yolu ilə.
- İş yeri: Bakı şəhəri.
- İş rejimi: Dəyişkən.
Əsas Vəzifələr:
- Müştərilərin sifarişinə uyğun müxtəlif növ qəlyanların hazırlanması və vaxtında təqdim olunması.
- Müxtəlif dadların (tütün qarışıqları) düzgün seçilməsi və kombinasiyası üzrə biliklərlə müştəriyə məsləhət vermək.
- Qəlyanların keyfiyyətli hazırlanmasını və optimal tüstü miqdarını təmin etmək.
- Qəlyan ləvazimatlarının — şlanq, başlıq, qab, kömür və digər hissələrin təmiz, işlək və gigiyenik vəziyyətdə saxlanması.
- Günlük olaraq istifadə olunan qəlyan avadanlıqlarının texniki baxışının həyata keçirilməsi.
- Gecə növbələrində qəlyanların təhlükəsiz istifadəsinə nəzarət etmək.
- Tütün və digər materialların düzgün saxlanmasına və vaxtında yenilənməsinə nəzarət etmək.
- Müştərilərdən gələn rəy və iradları nəzərə almaq, məmnuniyyətin yüksək səviyyədə təmin olunmasına çalışmaq.
- Restoranın daxili nizam-intizam qaydalarına riayət etmək.
- Ehtiyac olduqda komanda üzvlərinə yardım etmək və digər vəzifələri yerinə yetirmək.
Namizədə olan Tələblər:
- Yaş həddi: 20 - 35 yaş.
- Qəlyan hazırlanması sahəsində ən azı 3-5 il iş təcrübəsi.
- Müxtəlif tütün və essensiyalar, dad qarışıqları barədə biliklərə malik olmaq.
- Operativ və təmizkar işləmə bacarığı.
- Gülərüzlük, ünsiyyətcil və nəzakətli davranış.
- İşində məsuliyyətli, diqqətli və punktual olmaq.
- Stressə davamlılıq və sürətli iş şəraitinə uyğunlaşmaq bacarığı.
- Təmizkarlığa və şəxsi gigiyenaya ciddi yanaşmaq.
- Komanda ilə işləmə bacarığı.
- Azərbaycan dilində sərbəst danışmaq (rus dili bilikləri üstünlükdür).
Vakansiyaya uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər: