Aşbaz

İşin təsviri

İşin Təsviri

  • Menyuların, reseptlərin və tapşırıqların siyahısının rəhbərliklə dəqiqləşdirilməsi;
  • Menyu üçün xammalın miqdarının müəyyən edilməsi və hazırlanması;
  • Alınan məmulatların kəmiyyətinin və keyfiyyətinin  yoxlanılması;
  • Ərzaq məmulatlarının xidmət üçün hazır vəziyyətdə saxlanılması;
  • Müxtəlif mətbəx alət və avadanlıqlarından istifadə etməklə müvafiq reseptlərə və ya fərdi ideyalara uyğun olaraq tərkibin çəkilməsi, ölçülməsi və qarışdırılması;
  • Ərzaq və tərkibinin təzəliyini təmin etmək üçün onların keyfiyyətinin yoxlanılması, köhnə və yeni məmulatların izlənilməsi, eyni zamanda ehtiyatların yenilənməsi;
  • Müvafiq standartlara və ya xüsusi hazırlanmış reseptlərə uyğun olaraq ərzaqların  bişirilməsi və eyni vaxtda bir neçə sifariş hazırlayan zaman hər bir müştəri tərəfindən verilən sifarişin dəqiq şəkildə hazırlanılması;
  • Mətbəx ehtiyatlarına nəzarət edilməsi və ehtiyatlar azalan zaman administratora məlumat verilməsi;
  • Ərzağın təhlükəsiz və gigiyenik şəraitdə hazırlanmasını təmin etmək məqsədilə yeməyin bişirildiyi sahələri, o cümlədən avadanlıqların, iş yerlərinin yoxlanılması və təmizlənilməsi;
  • Yemək bişirilməzdən əvvəl və ya sonra mətbəxin, avadanlıqların təmizlənilməsi həmçinin iş yerində gigiyena, sağlamlıq və təhlükəsizlik normalarına riayət edilməsi.

Tələblər:

  • Salat, Burger, Pizza və Sendviç hazırlamağı bacarmalı;
  • Yeməklərin dadının ləzzətli olmasına və təqdimatın düzgün verilməsinə riayət etməli;
  • İstifadə olunacaq tərkibin təmizliyinin yüksək keyfiyyətdə olmasına həmçinin son istifadə tarixinə nəzarət etməli;
  • İşi tələb olunan vaxtda yerinə yetirilməli;
  • Görüləcək işləri qabaqcadan və düzgün planlaşdırmalı;
  • Ünsiyyət qurma bacarığı olmalı;
  • Müvafiq vəzifədə ən azı 1 il iş təcrübəsi mütləqdir.

İş şəraiti:

  • İş qrafiki: Dəyişkəndir;
  • Həftədə 1 gün istirahət;
  • Əmək haqqı: 650 Azn + bonus;
  • AR ƏM uyğun işə qəbul;
  • Nahar şirkət tərəfindən təmin olunur.

Maraqlanan namizədlər öz şəkilli cv-lərini mövzu yerinə “Aşbaz” qeyd olunmaqla göndərərək müraciət edə bilərlər.