İşin təsviri
Vəzifə öhdəlikləri:
- SKY Garden və müştərilərimizin sosial şəbəkə hesabları üçün foto və video çəkilişlərin həyata keçirilməsi
- Brendin vizual və rəqəmsal kontentlərinin hazırlanmasında iştirak
- Video materialların montajı (xüsusilə Reels və qısa formatlı kontentlər)
- Sosial media trendlərini izləmək və işə tətbiq etmək
- Tapşırıqları vaxtında və keyfiyyətli şəkildə icra etmək
Namizəddən gözləntilərimiz:
- Videoqraf kimi minimum 1 il iş təcrübəsi
- Adobe Premiere Pro, After Effects və digər video montaj proqramlarında sərbəst işləmə bacarığı
- Məsuliyyətli, yaradıcı və komandaya uyğun biri olmaq
- Portfolio göndərilməsi mütləqdir.
İş şəraiti:
- İş qrafiki: Bazar ertəsi – Cümə, saat 10:00 – 19:00
- İş yeri: Bakı şəhəri, şəhərin mərkəzində yerləşən ofis.
- Əmək haqqı: Müsahibə əsasında müəyyənləşəcək (təcrübəyə əsasən)
Müraciətlə aşağıdakı formada qəbul edilir:
CV və portfolionuzu, məktubun mövzu hissəsində “Videoqraf” və əmək haqqı gözləntinizi qeyd etməklə, Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
CV-də fotoşəkil olması arzu olunandır. Yalnız qeyd olunan tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.