İşin təsviri
Vəzifə öhdəliyi:
- Agentliyin partnyorları üçün sosial media kanalları üçün və çöl reklamları üçün key visualların hazırlanması;
- Motion Dizaynerin hərəkətləndirməsi üçün qrafik dizaynlar hazırlamaq;
- Çap materiallarinın vizuallaşdırılmasi və çapa hazırlığının təmin edilməsi;
- Şirkətimizin üslubuna uyğun qrafik dizaynların hazırlanması;
- Veb-saytlar, sosial media platformaları, rəqəmsal kanallar və digər kommunikasiya vasitələri üçün dizaynların hazırlanması;
- Şirkətin Promo/Poloqrafiya məhsullarının dizayn edilməsi;
- Verilmiş təlimatlar / informasiya əsasinda dizayn işlərinin (banner, vinil, vizitka, buklet, flayer, kataloq, logolar, etiket yazıları və s.) vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;
Namizəd üçün tələblər:
- Ali təhsil;
- Qrafik dizayn sahəsində minimum 3 il iş təcrübəsi;
- Adobe Photoshop, Adobe İllustrator, İndesign (optional) proqramları üzrə yüksək səviyyədə biliklər;
- Brandbookla işləmə təcrübəsi və bacarığı;
- Reklam materiallarının istifadə qaydası üzrə əsas biliklər;
- Komandada işləmək bacariği;
- Yaradicı, yenilikçi və kreativ;
- Punktual və məsuliyyətli;
- Qrafik dizayn sahəsində xüsusi biliklər;
- Mətbəə ilə iş, illustrasiyaların və şəkillərin istifadəsi.
İş şəraiti:
- Əmək haqqı: 500-700 AZN (Namizədin təcrübəsindən asılı olaraq)
- İş qrafiki: həftədə 5 gün, 09:00-dan 18:00-dək;
- Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva 12a.
Yuxarıda qeyd olunan şərtlərə uyğun namizədlər mövzu yerində “Qrafik Dizayner” yazmaqla öz Fotoşəkilli CV-lərini və portfoliolarını qeyd edilmiş elektron poçt ünvanına göndərə bilərlər.
Şirkət haqqında məlumat:
Şirkətin adı:SKY Garden MMC
SKY Garden 2017-ci ildən bəri fəaliyyət göstərən Sosial Media agentliyidir.