İşin təsviri
Təsvir
- Marketinq kampaniyaları üçün vizual materialların (sosial media qrafikləri, bannerlər, təqdimatlar, infografiklər və s.) hazırlanması.
- Şirkətin veb-saytı və digər rəqəmsal platformaları üçün vizual elementlərin yaradılması.
- Çap materiallarının (broşürlər, vizit kartları, posterlər və s.) dizaynında iştirak etmək.
- Brendin vizual üslubuna uyğun dizayn həllərinin təklif edilməsi və tətbiqi.
- Dizayn layihələrinin vaxtında və keyfiyyətlə təhvil verilməsi.
- Marketinq komandası ilə sıx əməkdaşlıq etmək və layihələrdə fəal iştirak etmək.
- Rəqiblərin dizayn tendensiyalarını və ən yaxşı təcrübələrini izləmək.
- Dizayn proqramlarında (Adobe Photoshop, Illustrator, InDesign və s.) sərbəst işləmək.
- Tələb olunduqda digər dizayn tapşırıqlarını yerinə yetirmək.
Tələblər
- Müvafiq sahədə (dizayn, vizual kommunikasiya və s.) ali təhsil.
- 1-2 il dizayn sahəsində iş təcrübəsi (təcrübəsiz məzunlar da nəzərdən keçirilə bilər).
- Adobe Creative Suite proqramlarında (Photoshop, Illustrator, InDesign) yüksək səviyyədə işləmək bacarığı.
- Müasir dizayn trendləri və prinsipləri haqqında biliklər.
- Yüksək vizual zövq və detallara diqqət.
- Yaradıcı düşüncə və problem həll etmə bacarığı.
- Komandada işləmək bacarığı.
- Məsuliyyətli və punktual olmaq.
- Azərbaycan və İngilis dillərində (orta səviyyədən yuxarı) ünsiyyət qurmaq bacarığı arzuolunandır.
- Portfolio təqdim etmək tələb olunur.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.