İşin təsviri
Təsvir
- Aylıq maliyyə dövrünün bağlanmasında iştirak etmək;
- Maliyyə cədvəllərinin hazırlanması, statistik hesabatların verilməsi üçün məlumatların hazırlanması;
- Müəssisənin ERP sistemləri arasında inteqrasiyaların düzgünlüyünə nəzarət etmək;
- Maliyyə uçotunun düzgünlüyünə nəzarət etmək;
- Təchizatçılarla hesablaşmalara və sayım proseslərinə nəzarət etmək;
- Maliyyə ehtiyatlarının və maliyyə xərclərinin dövri analizində iştirak etmək;
- İstehsal olunan məhsulların maya dəyərinin hazırlanması və təhlilində iştirak etmək;
- Rəhbərlik tərəfindən müəyyən edilmiş hesabatların hazırlanması, təhlil edilməsi və təqdim olunması.
Əlavə Məlumat
- Əmək haqqı: razılaşma əsasında;
- İş qrafiki: Bazar ertəsi – Cümə (09:30–18:30);
- İş yeri: Bakı şəhəri, Qafqaz Biznes Mərkəzi.
Namizədə Tələblər
- Ali təhsil (Maliyyə, mühasibatlıq və ya iqtisadiyyatın idarə edilməsi sahəsində);
- Maliyyə sahəsində (xüsusən də istehsalat sektoru üstünlükdür) 2–4 illik iş təcrübəsi;
- Əlavə nailiyyətlər (ACCA və ya CIMA sertifikatları) üstünlükdür;
- Azərbaycan dilində səlis, ingilis və rus dillərini bilmək arzuolunandır;
- MS Office (Word, Excel, Outlook) proqramları və 1C sistemi üzrə biliklər.
Vakansiya haqqında
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.