İnfrastruktur və mülki layihələrin icrası zamanı əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə nəzarət,
İş yerində baş verə biləcək zədələnmə hallarının təhlili, risklərin azaldılması üzrə tətbiq edilə bilən tədbirlərin hazırlanması və icrası,
SƏTƏM üzrə sənədlərin düzgün və dəqiq şəkildə tərtibi və idarə olunması,
Risklərin qiymətləndirilməsi, sənədləşdirilməsi və risklərin aradan qaldırılması üçün təkliflərin verilməsi,
Mövcud uyğunsuzluqlar və təhlükə mənbələrinin aşkar olunaraq aradan qaldırılması üçün tədbirlərin təşkili,
Binaların, qurğuların, avadanlıqların və nəqliyyat vasitələrinin əməyin mühafizəsi üzrə texniki vəziyyətinin yoxlanılmasında iştirak,
Struktur bölmələrdə və istehsalat sahələrində ətraf mühitin çirklənməsinin qarşısını almağa yönəlik tədbirlərin tətbiqi,
Sahəyə daxil olan şəxslərə giriş təlimatlarının verilməsi, işçilərə sahədə dəstək və nəzarət,
Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə bilik yoxlamalarının keçirilməsində iştirak,
Tələb olunan xidməti təlimatların hazırlanması və təkmilləşdirilməsi prosesində dəstək,
Mövcud forma və qaydalara uyğun hesabatların aparılması və rəhbərliyə təqdim edilməsi,
Tələblər:
Əlaqədar sahə üzrə ali təhsil (Təhlükəsizlik mühəndisliyi, ekologiya və ya texniki sahələr üzrə),
SƏTƏM üzrə ən azı 2 il iş təcrübəsi (tikinti və sənaye sahələrində üstünlükdür),
SƏTƏM normativləri və beynəlxalq standartlar,
FHN tərəfindən verilmiş SƏTƏM sahəsi üzrə şəhadətnamə,
MS Office və sənədləşmə ilə işləmə bacarığı,
Qəza və risk idarəetməsi üzrə təcrübə,
Yüksək təşkilatçılıq və analitik düşüncə qabiliyyəti,
Azərbaycan dilində sərbəst danışıq, ingilis dili arzuolunandır,
Komandada işləmək və operativ qərarvermə bacarığı,
Biz nə təklif edirik:
Davamlı və sabit iş mühiti,
Böyüməkdə olan layihələrdə iştirak imkanı,
Rəsmi əmək müqaviləsi və sosial təminatlar,
Karyera inkişafı və təlim imkanları,
Müraciət:
Zəhmət olmasa CV-nizi və qısa təqdimat məktubunuzu "SƏTƏM üzrə Mütəxəssis" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Webuild Construction and Design tərəfindən digər vakansiyalar