İşin təsviri
Vəzifə öhdəlikləri:
- Şirkətin QHSE siyasətinin hazırlanması və tətbiqinə nəzarət etmək
- İSO standartları (ISO 9001, ISO 14001, ISO 45001 və s.) üzrə sənədləşmənin aparılması;
- Daxili auditlərin planlaşdırılması və keçirilməsi;
- Mövcud əməliyyat proseslərinin təhlükəsizlik və keyfiyyət standartlarına uyğunluğunun yoxlanılması;
- İş yerlərində təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək və risk analizlərinin aparılması
- İşçilərə SƏTƏM və Keyfiyyət üzrə təlimlərin keçirilməsi və təlim planlarının hazırlanması;
- İstehsalat və iş mühitində təhlükəsizlik qaydalarının tətbiqinə nəzarət;
- Qəza və hadisələrin təhlili, hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
- Dövlət orqanları ilə əməkdaşlıq və yoxlamalara hazırlığın təmin olunması.
- Keyfiyyət risklərinin və uyğunsuzluqların idarə edilməsi;
- QHSE üzrə prosedur və siyasətlərin hazırlanması və yenilənməsi;
Tələblər:
- Ali təhsil (müvafiq sahə üzrə);
- QHSE sahəsində azı 3 il iş təcrübəsi;
- İSO standartları və əməyin mühafizəsi üzrə normativ sənədlərlə iş bacarığı;
- Analitik düşünmə, operativ və məsuliyyətli qərarvermə bacarığı;
- Yüksək səviyyədə təşkilati və kommunikasiya bacarığı;
- Daxili audit təcrübəsi arzuolunandır;
- MS Office proqramları ilə sərbəst işləmək bacarığı;
- Azərbaycan və ingilis dilində səlist danışıq və yazı bacarığı, rus dili arzuolunandır.
Təklif edirik:
- Rəqabətli əmək haqqı;
- Peşəkar və mehriban kollektiv;
- Təlim və inkişaf imkanları;
- Karyera yüksəlişi perspektivi;
- Müasir iş şəraiti.
Müraciət qaydası: CV-lərinizi "QMC Meneceri" başlığı ilə Müraciət et butonunda qeyd olunan e-mail ünvanına göndərməyiniz xahiş olunur.