Dizayner

  • DəmirBank ASC
  • Elanın qoyulma tarixi: 11.10.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

DəmirBank ASC Marketinq departamentinə dizayner vakansiyasına işəqəbul elan edir.

İşin təsviri:

 Bankın brendinin irəliləməsinə yardım göstərilməsi;
 İnternet reklam bannerlərinin (saytlarda, axtarış sistemlərində) hazırlanması;
 Mobil marketinq üçün aplikasiya dizaynlarının hazırlanması;
 Sosial şəbəkələr üçün reklamın hazırlanması;
 Reklam və PR tətbiqi üçün dizaynların hazırlanması;
 Elektron təqdimatların, animasiyaların hazırlanması;
 Plastik kart dizaynlarının hazırlanması;
 Əməkdaşlar üçün vizit kart və İD kartların hazırlanması;
 Bankın imicinin, məhsullarının və xidmətlərinin irəliləməsi üçün zəruri olan informasiya materiallarının dizaynının işlənməsi.

Namizədə qarşı tələblər:

 Komandada işləmək bacarığına malik olmalı;
 Ali təhsil;
 Yaradıcı düşüncə tərzi olmalı;
 Sözügedən sahədə minimum 3 illik iş təcrübəsi;
 Azərbaycan və Rus dillərində yüksək səviyyədə biliyin olması (İngilis dili üstünlük hesab edilir);
 Stres altında işləmə qabiliyyəti olmalı;
 Eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti olmalı;
 Yüksək etik-davranış qabiliyyəti olmalı;
 Məsulliyyət, düzgünlük, təmkinlik, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
 Yüksək dizayn zövqünün olması;
 Dizayn sahəsində hər hansı nəaliyyətlərinin olması;
 Məsuliyyət və sürətli icra qabiliyyəti;
 İş prosesinə sistemli yanaşma;
 Office, Photoshop, Corel Draw, Flash proqramlarından peşəkarcasına istifadə etmək bacarığına sahib olması;
 Ilkin proqramlaşdırma biliklərinə sahib olması.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 16 oktyabr 2014-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Dizayner” yazmağınız xahiş olunur. Əks təqdirdə namizədlərin müraciətlərinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.