İnzibati köməkçi (Mərkəz filialı)

  • FINCA Azerbaijan
  • Elanın qoyulma tarixi: 22.04.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifənin əsas öhdəlikləri hansılardır?

  • İşçi heyətini ofis avadanlıqları, təchizatı, kommunikasiya və digər vasitələrlə təmin etmək.
  • Kredit üçün müraciət edən müştərilərin müvafiq əməkdaşlara yönləndirilməsini təşkil etmək.
  • Filiallardakı kredit müqavilələrinin təşkilatın prosedur və təlimat tələblərinə uyğun olaraq hazırlanıb, Baş ofisə göndərilməsini təmin etmək.
  • Sənədlərin fiziki olaraq toplanmasını və tamlığını təşkil və təmin etmək.
  • Ofisin təhlükəsizlik işlərinin təşkilinə nəzarət etmək, qoyulmuş təhlükəsizlik qaydalarına və normalarına əməl edilməsini təmin etmək.
  • Tələb olunduqda təyinati FINCA Azerbaijan ofisinə gələn və ya oradan gedən heyət üzvləri və ya qonaqlar üçün lojistik işlərin təşkilini həyata keçirmək.
  • Region daxilindəki filial ofislərində müvafiq əməkdaşlar ilə əlaqəli şəkildə işləyərək həmin ofislərdə inzibati işlərlə bağlı məsələlərin həllinə dəstək göstərmək.
  • Tələb olduqda, gündəlik iş prosesində rəhbəri tərəfindən tapşırılan digər inzibati tapşırıqları yerinə yetirmək.

Tələblər

  • Ali təhsil və ya Orta ixtisas (kollec) təhsili.
  • İnzibati işlər və ofis işlərinin tənzimlənməsində ən azı 1 illik iş təcrübəsinin olması.
  • MS Office proqramlarından (MS Word, MS Excel, MS Outlook) sərbəst şəkildə istifadə etmək bacarığı.
  • Xidmət yönümlü olmaq –həmkarlarına və ofisə müraciət edən şəxslərə aktiv şəkildə köməklik etməyə səy göstərmək.
  • Yüksək keyfiyyətdə şifahi və yazılı ünsiyyət bacarığı, məlumatları effektiv şəkildə çatdırmaq üçün digərləri ilə danışmaq və əlaqə qurmaq qabiliyyəti.
  • Əlaqələndirmə – öz fəaliyyətlərini digər əməkdaşların və kənar tərəfdaşların fəaliyyətləri ilə uyğunlaşdırmaq bacarığı.
  • Təşkilat daxilində şəxslərarası məhsuldar ünsiyyəti qurmaq və qoruyub saxlamaq bacarığı.
  • İşində düzgünlüyə və təfərrüatlara diqqət yetirmək.
  • Müştərilərlə davranış etikası qaydalarına əməl etmək.
  • Dil Bilikləri: Səlis Azərbaycan dili bilikləri, fikirlərini şifahi və yazılı olaraq dəqiq və aydın ifadə etmək bacarıqları.

Vakansiya haqqında

  • Vakansiya növü Tam ştat
  • Təcrübə 1 ilədək
  • Vəzifə dərəcəsi Gənc mütəxəssis
  • Təhsil Bakalavr

Maraqlanan namizədlər Müraciət Et butonunda qeyd olunan link-ə daxil ola bilərlər.

İşəgötürənin reytinqi