Mexanika mühəndisi
İş barədə məlumat:
- Layihənin mexanika bölümünü dərindən araşdırmaq və öyrənmək;
-Mexanika layihələrini layihəçi və subpodratçı ilə müzakirə etmək ;
- Mexanika işləri üzrə subpodratçının işinin keyfiyyətinə nəzarət etmək;
-Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin etmək;
-İstehsalatın texniki hazırlığını təmin etmək;
-Təmirarası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsini, avadanlığın modernləşdirilməsi, bina və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil etmək;
-Köhnəlmiş avadanlıqları müəyyən etmək və onların təmirini növbələşdirmək;
-Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini təmin etmək və s.
Namizədə tələblər:
Təhsil - Ali təhsil
İş təcrübəsi - minimum 5 il
Yaş həddi -25-45
Cinsi - kişi
İş saatı - 900-1800
İş rejimi - 6 günlük
Kompyuter bilikləri - MS ofice, Word, Excell, AutoCAD
Dil bilikləri- Azərbaycan dili mükəmməl səviyyədə, İngilis dili orta səviyyədə bilmək
Nahar şirkət tərəfindən verilir
Əmək haqqı- 2000-2500 AZN
Sizi öz kollektivimizdə görməyə şad olarıq!
Maraqlananlar şəkilli cv-lərini mövzu yerinə Mexanika mühəndisi qeyd edərək [email protected] ünvanına göndərə bilərlər.