Satış və komandaların performansı haqqında müntəzəm hesabatlar hazırlamaq və təhlillər aparmaq. Satış məlumatlarını toplamaq, təhlil edərək təqdim etmək.
Satış komandalarının müəyyən dövrdə və formatda yığıncaqlarını təşkil etmək, gündəm hazırlamaq, vaxtlama və təşkilat işlərini həyata keçirmək.
Satış komandası və digər şöbələrlə əlaqə qurmaq və koordinasiyanı təmin etmək. Həmçinin, xarici tərəfdaşlarla da əlaqədə olmaq.
Satış hədəflərinin müəyyənləşdirilməsinə və strategiyaların hazırlanmasına kömək etmək. Satışın inkişafı üçün təkliflər vermək.
Əhəmiyyətli müştərilərlə əlaqələri izləmək, rəy almaq və bu rəylərin satış strategiyalarına əks olunmasını təmin etmək.
Satış komandasının inkişafına yönəlik təkliflər vermək və təşkilatını həyata keçirmək.
Sahə ziyarətləri edərək ümumi vəziyyəti qiymətləndirmək və rəhbərinə hesabat vermək.
Tələblər:
Müvafiq sahədə bakalavr təhsili
Satış əməliyyatları, koordinasiya və ya strateji planlama sahəsində ən azı 5 il təcrübə
Məlumat təhlili və hesabat hazırlama sahəsində güclü bilik və təcrübə (Excel, Power BI və s. kimi proqramları istifadə etmə bacarığı)
Komanda idarəetməsi və ünsiyyət bacarıqları inkişaf etmiş, fərqli tərəfdaşlarla koordinasiyanı təmin edə bilən
Təşkilat və vaxt idarəetməsi sahəsində səriştəli
Strateji baxış bucağına sahib, prosesləri inkişaf etdirmək və yaxşılaşdırmaq sahəsində təşəbbüs göstərə bilən